2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əfqan Muxtarlı: Gürcü həmkarlarıma və vətəndaş cəmiyyəti fəallarına təşəkkür edirəm

Jurnalist vəkilləri vasitəsilə bəyanat göndərib

Saytların yığılması Saytlarin yigilmasi

“Gürcüstanda insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan və mənim hüquqlarımı müdafiə edən jurnalist həmkarlarıma, vətəndaş cəmiyyəti fəallarına, Gürcüstan prezidentinə, bütün ictimai-siyasi təşkilatlara təşəkkür edirəm”.

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əfqan Muxtarlı vəkilləri vasitəsilə göndərdiyi bəyanatında belə deyib.

Vəkillərindən Nemət Kərimli iyunun 9-da təcridxanada onunla görüşüb.

Bəyanatda Ə.Muxtarlı Gürcüstanda diktatura yaradılmasına imkan verilməyəcəyinə ümidvar olduğunu da söyləyib.

Vəkil Azadlıq Radiosuna jurnalistin saxlanma şəraitindən şikayət etmədiyini bildirib: 

“Ancaq başqa çətinlikləri var. Ailə üzvləri, yaxınları ilə telefonla danışmasına qeyri-rəsmi qadağa qoyulub. İndiyədək danışa bilməyib. Ancaq təcridxana rəhbərliyi bu gündən etibarən telefonla yaxınları ilə əlaqə saxlamasına imkan yaradılacağını bildirib”, – vəkil bildirib. 

Gürcüstan prezidenti Giorgi Margvelashvili bu günlər mətbuata açıqlamasında Ə.Muxtarlı ilə bağlı baş verənləri ölkəsinin suverenliyi və təhlükəsizliyinə təhdid adlandırmışdı. Baş nazir və daxili işlər naziri isə bu məsələdə Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakını istisna edərək, istintaqın başa çatmasını gözləməyi məsləhət bilmişdi.

Araşdırmacı jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button