2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əfqan Muxtarlı: Həbsim insan oğurluğu kimi dəyərləndirilməlidir

“Həbsim konkret olaraq siyasi sifarişdir. Bunu həbs kimi yox, adam oğurluğu kimi dəyərləndirmək lazımdır. Həm Gürcüstan, həm də Azərbaycan hökuməti uzun müddət bir jurnalistin ovuna çıxmışdı, nəhayət Gürcüstanda oğurlayıb Azərbaycana gətirdilər”. Bu barədə doğmalarının yas mərasimində iştirak üçün qısa müddətə həbsdən buraxılmış jurnalist Əfqan Muxtarlı Turan-a bildirib.

O, Tbilisidə mağazadan evinə gedərkən yolda oğurlanıb, zorla avtomobilə oturulduğunu deyib.

“Başıma torba taxdılar. Gözümdən sarğını açanda özümü Azərbaycanın Balakən rayonunda yerləşən sərhəd zastavasında gördüm”, deyə Muxtarlı qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalist Azərbaycanın Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

“Bu, məhkəmə deyil, tamaşa idi. Çünki bizim sübutlarımız, vəsatətlərimiz təmin olunmadı. Gürcüstan və Azərbaycvan tərəfində kamera görüntülərinin götürülməsi təmin edilmədi. Ərazidə (sərhəd xəttini nəzərdə tutur – red.), ayaq izlərim, heç nə yoxdur ortada. Yəni, üzümə duranların hamısı Sərhəd Qoşunlarının əməkdaşlarıdır, iki polkovnik-leytenat – onlardan biri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin köməkçisidir, digəri isə Sərhəd Qoşunlarının komandanı general Əsgərovun köməkçisidir. Digərləri bir kapitan, bir gizir, bir vaxtından artıq xidmət edəndir. Bu, qeyri-mümkündür ki, iki generalın köməkçisi birdən xüsusi xidmətdə olsun. Bu, sadəcə siyasi sifariş idi”, deyə Muxrtarlı qeyd edib.

Onun fikrincə, oğurlanması ilə bağlı siyasi sifariş jurnalist fəaliyyəti və Gürcüstandakı siyasi fəaliyyəti ilə bağlı yaranıb.

“Məndən əvvəl Gürcüstanda siyasi mühacir olmuş Mehman Qələndərli həbsxanada müəmmalı şəkildə ölüb. Daha doğrusu, mən hesab edirəm ki, o öldürülüb. Mən onunla uzun müddət yoldaşlıq etmişəm. Onun özünü öldürməsi mənim üçün heç cür inandırıcı deyil. Təəssüflər olsun ki, onun həm ölümü, həm də dəfni ictimaiyyətdən gizlədildi. Bu, onu gəstərir ki, Gürcüstandakı siyasi mühacirlər izlənilir. Bu, Gözəl Byramlının (AXCP sədrinin həbsdəki müavini) işində verilən arayışda da özünü göstərdi. Oradan məlum olur ki, mən, Gözəl Bayramlı, Daşqın Ağalarov və digərləri izlənilib. Bütün bunlar deməyə əsas verir ki, mənim oğurlanmağım Azərbaycan və Gürcüstan hökumətlərinin birgə fəaliyyəti nəticəsində baş verib”, deyə Muxtarlı bildirib.

O, “oğurlanması faktı” üzrə Gürcüstanda qaldırılmış cinayət işi ilə bağlı münasibət bildirərkən deyib ki, Gürcüstan hökuməti istintaqı “nə şiş yansın, nə kabab” prinsipi ilə aparır.

“Məndə olan məlumata görə, Gürcüstan Sərhəd Qoşunlarının komandanının müvini, Laqodexidəki gömrük-nəzarət buraxılış məntəqəsinin rəisi və digər rəsmi şəxslər istintaq müddətində vəzifədən uzaqlaşdırılıb. Amma oğurlanmağımdan keçən 9 ay ərzində Gürcüstan hökuməti mənim mağazadan çıxıb evimə gedən yolda olan çoxsaylı kameranın görüntülərini nə mənə, nə də vəkillərimə verməyib. Sadəcə prezident dəfələrlə bəyanatlarında vurğulayıb ki, məni oğurlayıblar. Baş nazir Georgi Kvrikaşvili də işin üstünü örtməkdə maraqlıdır. Çünki bu cinayətin başında şəxsən özü durur”, deyə jurnalist münasibət bildirib.

Jurnalist Gürcstanda onunla bağlı aparılan cinayət işi üzrə hələ dindirilməyib.

“Məndə olan məlumata görə, Azərbaycan tərəfi mənim dindirlməyimə imkan vermir”.

O, ictimai müdafiəsini təşkil edən yerli və beynəlxalq ictimaiyyətə minnətdarlıq bildirib.

“Mənim və siyasi məhbusların müdafiəsi yüksək səviyyədə təşkil edilib. Onların müdafiəsindən asılı olmayaraq, son qərarı Azərbaycan hökuməti verəcək. Hökumətin isə hansı qərar verəcəyini proqnozlaşdırmaq qeyri-mümkündür”, deyə Muxtarlı qeyd edib.

O, ailə üzvləri ilə bağlı deyib ki, iki il əvvəl böyük qızını Almaniyaya göndərib.

“Çünki o, müxtəlif təqiblərə məruz qalırdı, təhdid olunurdu. Kiçik qızım ilə yoldaşım isə mənim həbsimdən sonra Almaniyaya gedib. Yoldaşım Leyla Mustafayeva da ölkədə tanınmış juranistlərdəndir. Bizdə olan dəqiq məlumata görə, onun da barəsində cinayət işi qaldırılıb və barəsində həbs qərarı var”, deyə jurnalist qeyd edib.

Muxtarlı səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayəti olmadığını deyib.

“Saxlanma şəraitimdən heç bir narazılığım yoxdur. Həbsdə olduğum müddətdə səhhətimdə müxtəlif vaxtlarda müxtəlif problemlər olub. Şəkərim qalxıb, təzyiqimlə bağlı problemlər olub. Amma saxlanma şəraitim Azərbaycan standartları çərçivəsində həmişə yaxşı olub. Bir şikayətim yoxdur. Mənə münasibət yaxşı olub, kameram təmiz olub. Həbsxana işçilərindən və məhbuslardan hər hansı təzyiq görməmişəm. Münasibətləri həmişə yaxşı olub”, deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button