2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əfqan Muxtarlıdan xəbər var

Bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə həbsdə olan jurnalist Əfqan Muxtarlının apellyasiya şikayətinə ilkin baxış keçirilib. 24saat.org xəbər verir ki, bu haqda “Basta”ya jurnalistin vəkili Nemət Kərimli məlumat verib.

“Apelyasiya şikayətinə baxılması martın 2-nə yəyin olundu. Məhkəmə qərara aldı ki, proses qismən məhkəmə istintaqı və əlavə sübutların tələb edilməsiylə keçirilsin. Biz vəkil Elçin Sadıqovla birgə həm apellyasiya şikayətimizdə, həm də şikayətə əlavəmizdə məhkəmə istintaqının keçirilməsi və əlavə sübutların tələb edilməsi ilə keçirilməsi barədə 14 vəsatət vermişdik. Məhkəmə istintaqının hədlərini də göstərmişdik. Bu gün məhkəmə istintaqının keçirilməsi barədə qərar verilsə də, onun hədləri ilə bağlı məsələ qeyri-müəyyən qaldı”, – Nemət Kərimli bildirib.

Qeyd edək ki, Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 206.1, 315.2 və 318.1-ci maddəsi ilə təqsirli bilərək, barəsində 6 il həbs qərarı çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalist ölkə başçısının İlham Əliyevin sifarişi ilə həbs edildiyini və ona qarşı ittihamların uydurma olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button