2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əfqan Muxtarlının apellyasiya şikayəti təmin olunmadı

Jurnalist Əfqan Muxtarlının barəsində həbs-qətimkan tədbirinin müddətinin daha iki ay uzadılması haqda Nəsimi Rayon Məhkəməsinin 17 avqust tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində belə qərar çıxarılıb. Bu haqda “azadliq.info”ya vəkil Elçin Sadıqov məlumat verib.
“Biz Əfqan Muxtarlının ev dustaqlığına buraxılması üçün yenidən Nəsimi rayon məhkəməsinə müraciət etmişik. Əfqanın səhhətində ciddi problemlər qalmaqdadır. Ona yazılan dərmanlar təzyiqini kəskin aşağı salır. Ona keyfiyyətli tibbi yardım göstərilməsi üçün yenidən müraciət edəcəyik”, – Elçin Sadıqov bildirib.
Gözəl Bayramlı haqqında həbs qərarından verilmiş aoellyasiya şikayətinə baxılması isə avqustun 24-nə təxirə salınıb.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button