2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əfqan Muxtarlının işi Avropa Parlamentində

Avropa Parlamentində jurnalist Əfqan Muxtarlının işi üzrə qətnamə hazırlandığı bildirilir.

«Turan» Agentliyinin xəbərinə görə, bu məsələ bu gün, iyunun 9-da Gürcüstan səfiri Natalie Sabanadze-nin Xarici işlər komitəsinin rəhbəri ilə qapalı görüşündə müzakirə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda komitənin rəhbəri David McAllister bildirib. O, görüşün detallarını açıqlamasa da, ümumi bilgi verib.

AVROPA PARLAMENTİNDƏ SƏFİRLƏ MƏXFİ GÖRÜŞ

«Səfirlə görüş məxfi idi. Biz azərbaycanlı jurnalistin məsələsinə baxdıq. Siyasi qruplar bu mövzunu növbəti plenar iclasın gündəliyinə salmaq qərarına gəliblər. Hazırda qətnamənin mətni üzərində iş gedir. Təkcə bizi deyil, bütün siyasi qrupları – sosial-demokratları, liberalları və yaşlıları əslində nə baş verdiyi maraqlandırır», – deyə komitə rəhbəri D.McAllister bildirib.

Avropa Parlamentinin deputatı Ana Gomes də Ə.Muxtarlının işi ilə bağlı münasibət bildirib. O deyib ki, Gürcüstanın Təhlükəsizlik Xidmətinə suallar var.

«GÜRCÜSTAN MUXTARLINI TƏLƏB ETMƏLİDİR»

«Avropa Parlamenti üçün bu, ciddi narahatlıqdır. Biz qətnamə hazırlamağa, debatlar keçirməyə başlamışıq. Məsələ Əfqan Muxtarlı ilə bağlıdır», – deyə o bildirib.

O, xüsusi vurğulayıb ki, hazırkı durumda ən yaxşı çıxış yolu əslində nə baş verdiyini şəffaf şəkildə müəyyən etməkdir.

«Gürcüstan Azərbaycan hakimiyyətindən bu şəxsi qaytarmasını tələb etməlidir ki, onun təhlükəsizliyinə zəmanət verilsin .Təbii ki, bu məsələdə cavabdehlər cəzalandırılmalıdırlar», – deyə A.Gomes vurğulayıb.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button