2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır’

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının Tbilisidə qalan həyat yoldaşı Leyla Mustafayeva deyib ki, ərinin məsələsi Gürcüstanda böyük qalmaqal doğurub. O, istintaqdan narazılığını da bildirib:

«Nə mənim, nə vəkilimin, nə bütünlükdə ictimaiyyətin istintaqın gedişindən məlumatı var. İşi polis aparır. Baxmayaraq ki, Əfqan Muxtarlı onu polis formalı şəxslərin oğurladığını deyirdi. Vəkil işin prokurorluqda aparılması barədə vəsatət qaldırıb. Amma onunla bağlı heç nə deyilmir».

Saytların yığılması Saytlarin yigilmasi

L.Mustafayev deyib ki, bu məsələ Gürcüstanda rəsmilər arasında fikir ayrılıqlarını meydana çıxarıb:

«Prezident bildirib ki, Gürcüstanın nüfuzuna ciddi zərbə vurulub, hökumət isə hiylə edir. Bu, iş üzrə Gürcüstan hökuməti, rəsmi Bakı və xüsusən hüquq-mühafizə orqanları arasında razılaşma olduğunu göstərir».

O deyib ki, Gürcüstanın vətəndaş cəmiyyətinin hadisəyə baxışı isə çox sərtdir:

«Bu gün ən pis vəziyyətə Gürcüstan düşüb. Hökumət cəmiyyətin və beynəlxalq ictimaiyyətin belə reaksiyası olacağını gözləmirdi. Belə bir reaksiya olmasaydı, bunun ardınca Gürcüstana sığınan daha bir neçə şəxs Azərbaycana təhvil veriləcəkdi… Bu məsələnin həlli Gürcüstanın vətəndaş cəmiyyətinin əlindədir. Gürcüstandakı vətəndaş cəmiyyəti hökumətlə güzəştə getmək niyyətində deyil».

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Gürcüstan baş naziri və daxili işlər naziri isə yerli ictimaiyyəti bu məsələ ilə bağlı istintaqın nəticələrini gözləməyə səsləyib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button