2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əfqan Muxtarlının mükafatı xanımına təqdim olunub

”Avropa iqtisadi maraqlarına görə Azərbaycanda insan hüquqlarının pozulmasına göz yummamalıdır”

Həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlıya verilən “Pavel Şeremet jurnalist mükafatı – 2017” onun həyat yoldaşı Leyla Mustafayevaya təqdim edilib.

Məlumatı “Turan” İnformasiya Agentliyi yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Təqdimetmə mərasimi Tallində keçirilən Aİ “Şərq tərəfdaşlığı” proqramının vətəndaş cəmiyyəti konfransı çərçivəsində olub.

Leyla Mustafayeva Əfqan Muxtarlının həbsinin təkcə Azərbaycan üçün yox, Gürcüstan üçün də problem olduğunu bildirib:

“Jurnalistin oğurlanmasına və həbsinə görə “Şərq tərəfdaşlığı” proqramına daxil olan başqa bir ölkə – Gürcüstan da məsuliyyət daşıyır”.

Leyla Mustafayeva təkcə Əfqan Muxtarlının yox, Azərbaycanda siyasi motivlərlə həbs olunan digər 160 nəfərin də azadlığa buraxılmasını tələb etməyin lazım olduğunu deyib:

“Onların arasında 10-a yaxın jurnalist var. Avropa öz iqtisadi maraqlarına görə Azərbaycanda insan hüquqlarının pozulmasına göz yummamalıdır”.

İyulda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını “Pavel Şeremet jurnalist mükafatı – 2017”-in qalibi elan edib.

Jurnalist Əfqan Muxtarlı bu il mayın 29-u müəmmalı şəkildə yaşadığı Tbilisidən gətirilərək Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul da qoyulub.

Rəsmi qurumların məlumatında isə deyilir ki, o, sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanılıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Əfqan Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button