2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əfqan Muxtarlının vəkili Tiflis Prokurorluğunu məhkəməyə verdi

Jurnalist Əfqan Muxtarlının gürcü vəkilləri Tiflis Şəhər Prokurorluğunu məhkəməyə verib.

Bu haqda vəkil Archil Chopikashvili Turan-a bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəməyə şikayət Əfqan Muxtarlıya və onun xanımına “qurban” statusunun verilməməsi ilə bağlıdır.

“Biz Gürcüstanın istintaq orqanlarına müraciət edərək Əfqan Muxtarlıya və Leyla Mustafayevaya “qurban” statusu verilməsini tələb etmişdik. Bu tələb tam qanuni idi”, deyən vəkil istintaq qurumunun onların tələbini təmin etmədiyini bildirib.

O, buna görə, Tiflis Şəhər Prokurorluğundan Tiflis Şəhər Məhkəməsinə şikayət təqdim etdiyini deyib. Məhkəmədən prokurorluğun üzərində Ə.Muxtarlı və xanımına “qurban” statusu verilməsi vəzifəsi qoyan qərar çıxarması istənilib.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarının bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button