2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əfqan Muxtarlının vəkillərinin bütün vəsatətləri rədd edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq və Təhqiqat İdarəsi jurnalist Əfqan Muxtarlının vəkillərinin bütün vəsatətlərinin rədd edilməsi barədə qərar çıxarıb.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin bildirdiyinə görə, adıçəkilən idarənin müstəntiqi Orxan Zeynalovun çıxardığı qərar bu gün, iyunun 12-də onlara təqdim edilib.

Saytların yığılması Saytlarin yigilmasi

DSX-dan nələr istənilirdi?

Qərarda vəkil Elçin Sadıqovun verdiyi vəsatətlər barədə məlumat verilir. Vəkil işin dürüst araşdırılmasından ötrü Ə.Muxtarlının üzərindən götürüldüyü iddia edilən 10 min avro məbləğində pul əsginaslarının üzərində və DSX-nin 6-cı sərhəd zastavasının əməkdaşlarının əl-barmaq izlərinin götürülməsindən ötrü ekspertiza keçirilməsini tələb edib.

Bundan başqa, Ə.Muxtarlının dövlət sərhədini keçdiyi ərazidə və saxlanıldığı deyilən zastavanın müşahidə kameralarının görüntülərinin təqdim olunması istənilib.

DSX-dan həmçinin, hadisə yerinə baxış protokolunun, şübhəli, təqsirləndirilən şəxs qismində dindirmə, üzləşdirmə, cinayət işinin başlanması barədə sənədlərin, məhkəmə tibbi ekspertizasının surətlərinin jurnalistin müdafiəçilərinə verilməsi də tələb olunub.

“10 min avronu bir neçə dəfə sayıblar, əl izi ekspertizasına zərurət yoxdur”

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi vəsatətlərin heç birini təmin etməyib. Qərarda qeyd olunur ki, Ə.Muxtarlının üzərində aşkar edilən pul əsginasları sərhəd zastavasında hal şahidlərinin iştirakı ilə sayılaraq qablaşdırılıb. Həmin əsginaslar daha sonra İstintaq və Təhqiqat İdarəsində təkrarən sayılıb. “Bu səbəbdən əl-barmaq izi ilə bağlı daktiloskopik ekspertizanın keçirilməsi pulların üzərində obyektiv izlərin qalmasını qeyri-müəyyən edir”, qərarda yazılır.

Kamera görüntüləri…

Qərarda Ə.Muxtarlının olduğu güman edilən ərazilərdə müşahidə kameralarının mövcud olmadığı bildirilir.

Habelə, orada Ə.Muxtarlının üzərində heç bir xəsarətin olmadığı da yazılıb.

“Ə.Muxtarlı saxlanılarkən və sonrakı mərhələdə onun üzərində hər hansı xəsarət əlaməti aşkar olunmadığından bədəni üzərində tibbi ekspertizanın keçirilməsinə zərurət yoxdur”, – İstintaq və Təhqiqat İdarəsi belə qənaətə gəlib.

İdarə sənədlərin surətlərinin jurnalistin müdafiəçilərinə təqdim edilməsinə də zərurət görməyib.

Vəkil E.Sadıqov qərarın qanunsuz olduğunu, bundan şikayət verəcəklərini deyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button