2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqan qaçqınlar yenidən Talibanın hakimiyyəti altında yaşamaq istəmədiklərini deyir

Türkiyədəki əfqan qaçqınlar yenidən Talibanın hakimiyyəti altında yaşamaq istəmədikləri üçün qaçdıqlarını deyirlər. Amerikanın Səsinin müxbiri Arif Aslan Türkiyənin şərqindəki bəzi əfqanların son bir neçə gün ərzində, Talibanın Əfqanıstanın paytaxtını ələ keçirdiyi bir vaxt gəldiklərini deyir.

Bu yaxınlarda Türkiyədə məskunlaşan əfqanlar Talibanın hakimiyyəti ələ keçirməsindən sonra həyatlarının təhlükədə olacağından qorxduqları üçün qaçdıqlarını deyirlər.

Şakibə həftə sonu Talibanın Kabili ələ keçirməsindən sonra Türkiyənin şərqindəki Van şəhərinə gələnlərdən biridir. “Onlar [Taliban] bizi çox qorxudur. Biz belə yaşaya bilməzdik. Tam örtülü olmalıydıq. Gənc qızları Pakistana aparırlar və mən bundan qorxduğum üçün bura gəldim. Belə olmasaydı nəyə görə bura gəlmək üçün evimi tərk edib, yollarda aclıq və susuzluqdan əziyyət çəkirdim?”

Saytların yığılması Saytlarin yigilmasi

Bu qaçqınların əksəriyyəti üçün bu səyahət çox uzun çəkir. Türkiyəyə gəlməzdən əvvəl onlar Əfqanıstandan İrana keçir. Onlar səyahətin çox hissəsinin piyada, ekstremal hava şəraitində keçdiyini deyirlər. Lakin qaçqınlar deyir ki, Əfqanıstanda baş verən zorakılıqlar onların həyat şəraitini dözülməz hala gətirib. “Artıq Əfqanıstanda yaşamaq olmaz. Nə qədər dözmək olar? Biz gənclər ölkəmizi bu səbəbdən tərk etmişik. Əfqanıstanda yemək üçün pul belə qazana bilməzsən. Gecə-gündüz döyüşlər gedir” – deyə, qaçqınlardan biri bildirir.

Qaçqın axınının qarşısını almaq üçün Türkiyə İranla sərhədi boyunca 295 kilometr uzunluğunda beton divar inşa etməyə başlayıb və bölgədəki hərbi qüvvələrin sayını artırıb. Türkiyə rəsmiləri divarın 156 kilometrinin artıq inşa edildiyini bildirib.

Təhlükəsizlik səbəbindən qaçan əfqanlar üçün Türkiyəyə çatmaq hələ də çətinliklərin sona çatması demək deyil. Hasibullah adlı qaçqın “Hətta burada da deportasiya olunmaqdan qorxuruq, çünki qanuni olaraq heç yerdə işləyə bilmərik. İstər süpürgəçilik olsun, istərsə də masaları təmizləmək, hətta fermada da işləyə bilərik, çünki işləməsək, bizim üçün həyat yoxdur” deyir.

Türkiyə hakimiyyəti Türkiyədə 120 min əfqan qaçqının, 300 minə yaxın isə sənədsiz əfqan miqrantın olduğunu bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button