2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əfqan Sadıqlı azad edildi

Əfqan Sadıqlı 30 günlük inzibati həbs cəzasını başa vurdu

Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 ay inzibati cəza alan “Azel.TV” saytının baş redaktoru Əfqan Sadıqlı azadlığa buraxılıb. 24saat.org xəbər verir ki, bu barədə Əfqan Sadıqlının həyat yoldaşı Sevinc Sadıqova “Facebook” səhifəsində yazıb.

Əfqan Sadıqova noyabrın 27-də Prezident Administrasiyasının qarşısında saxlanılıb.
O, həyat yoldaşı Sevinc Sadıqovanın yanında mülki geyimlilər tərəfindən maşına mindirilərək aparılıb.
Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) ilə 1 ay inzibati həbs verilib.

Bir müddət əvvəl də Əfqan Sadıqlı 30 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Ə.Sadıqlı ilk dəfə 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O, CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button