2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əfqan Sadıqov 30 sutka inzibati həbslə cəzalandırıldı

Azel.TV saytının baş redaktoru Əfqan Sadıqlı noyabrın 27-də Prezident Administrasiyasının qarşısında saxlanılıb.

Əfqan Sadıqov həyat yoldaşı Sevinc Sadıqovanın yanında mülki geyimlilər tərəfindən maşına mindirilərək aparılıb. 24saat.org xəbər verir ki, Sevinc Sadıqovanın verdiyi məlumata görə, heç bir izahat vermədən, jurnalisti zorla maşına mindirib aparıblar və hara apardıqları barədə dəqiq məlumat verməyiblər.

Sonradan onun 9-cu polis bölməsinə aparıldığı xəbərini alan Sevinc Sadıqovaya bölmədən jurnalistin orada olmadığını, Sabail Rayon Polis İdarəsinə aparıldığını bildiriblər. Səbail Rayon Polis İdarəsindən isə deyiblər ki, Əfqan Sadıqlı orada yoxdur.

Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə Əfqan Sadıqova İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) ilə 1 ay inzibati həbs verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Meydan TV-yə Səbail Rayon Məhkəməsindəki mənbələr verib.

Bir müddət əvvəl də Əfqan Sadıqlı 30 gün müddətinə azadlıqdan məhrum edilmişdi.

Ə.Sadıqlı ilk dəfə 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O, CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button