2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqanıstan məcburi köçkün böhranı ilə üzləşə bilər

BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) münaqişə səbəbilə ölkə daxilində didərgin düşən milyonlarla əfqanın humanitar fəlakət astanasında olduğu və sağ qalmaq üçün beynəlxalq yardıma ehtiyacı olduğu barədə xəbərdarlıq edir.

Münaqişə və təhlükə səbəbilə təxminən 3.5 milyon əfqan evlərindən didərgin düşüb. Buna bu il didərgin düşən yarım milyon insan daxildir. Ölkə daxilində didərgin düşənlərin əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

UNCHR 500 minə yaxın əfqanın sığınacaq axtarışında qonşu ölkələrə qaçacağını təxmin edirdi. Lakin BMT-nin Pakistan və İranla sərhəddəki müşahidəçiləri hələ ki, geniş-miqyaslı qaçqın axınının baş vermədiyini bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Pakistanın paytaxtı İslamabaddan video vasitəsilə çıxış edən UNCHR-ın sözçüsü Babar Baloç deyib ki, agentlik sərhədi nə üçün bu qədər az insanın keçdiyini təhlil etməyə çalışır.

“Bunun çoxlu səbəbi ola bilər, amma reallıq odur ki, Əfqanıstan daxilində məcburi köçkün böhranı yaşanır…Biz böhranın baş verdiyi yerdə məcburi köçkün böhranı yaşandığının şahidi olmuşuq, ona görə də təkrar deyirik ki, gəlin bunun humanitar fəlakətə çevrilməsinə icazə verməyək, əfqanları ölkə daxilində ehtiyacları olan dəstəklə təmin edək,” o deyib.

Baloç bildirib ki, Pakistanla Əfqanıstan arasındakı sərhəd kommersiya ticarətinə açıqdır. Lakin o, hər gün mədud sayda əfqan piyadanın sərhədi keçdiyini bildirir.

O deyib ki, sərhəddəki axın tənzimlənir və idarə olunur. Onun sözlərinə görə, pasportarı, vizaları və göstərə biləcəkləri başqa sənədləri olan insanların ölkəyə daxil olmalarına icazə verilir.

Baloç deyib ki, Pakistana keçən əfqanlar onun həmkarlarına Pakistana gəlmələrinin səbəblərini söyləyib.

“Bu, təhlükəsizliyin olmaması və onların burada sığınacaq almaq niyyətidir. Lakin gediş-gəliş də çoxdur. Bir çox ticarət, kommersiya fəaliyyəti mövcuddur və bir çox insan bu tərəfə tibbi müalicə üçün gəlir,” o deyib.

Baloç bildirib ki, Əfqanıstanın unudulmuş bir böhrana çevrilməməsi mühümdür. O həmçinin əlavə edib ki, UNCHR dünyanı diqqətini əfqan xalqından çəkməməyə çağırır.

O deyib ki, əfqanların ölkəni tərk etmələrinin qarşısını almaq üçün beynəlxalq yardıma ehtiyac var. O, beynəlxalq ictimaiyyəti Əfqanıstan daxilindəki məcburi köçkün böhranının humanitar fəlakətə çevrilməsinə icazə verməməyə çağırıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button