2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqanıstan prezidenti: “Taliban”ın gələcəyi yoxdur”

“ABŞ Əfqanıstana terrorla mübarizədə dəstək verir. Bu, onu göstərir ki, “Taliban” terror təşkilatının gələcəyi yoxdur və məğlub olacaq”.

APA-nın xəbərinə görə, bunu Əfqanıstanın dövlət başçısı Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib.

O bildirib ki, uzun müddət transmilli qüvvələr bəzi dövlətlər üzərində hökmranlıq etmək üçün müxtəlif vasitələrdən istifadə edib: “Biz bu problemin həlli üçün yorulmadan çalışır, Əfqanıstanı Asiyanın qəlbi, bu qitənin iqtisadi qapısına çevirmək üçün irəliləyirik.
Əfqanıstan terrorizmlə mübarizədə BMT-nin müvafiq sənədlərinə əməl edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Terrorun beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayan Əşrəf Qəni deyib ki, bu, yalnız Əfqanıstanın problemi deyil: “Bu, dövlətlərin birləşməsi üçün əsas şərtdir. Son vaxtlarda İŞİD-in Əfqanıstanda da yayılmasının qarşısı alınır. Doqquz əyalət İŞİD-in işğalından azad olunub. Bu sahədə səylər artırılmalıdır. Tərəfləri regionda daha çox tərəfdaşlığa çağırırıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button