2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Əfqanıstan xalqını yalnız qoya bilmərik”

BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi bu “həlledici günlərdə” dünyanın diqqətinin Əfqanıstanda olduğunu deyərək, Talibanı Əfqanıstan xalqının həyatını qorumağa və humanitar yardımın ehtiyacı olanlara çatmasına icazə vermək üçün “son dərəcə təmkinli olmağa” çağırıb.

“Əfqanıstan xalqını yalnız qoya bilmərik və qoymamalıyıq” – deyə, Quterreş prezident Əşrəf Qani hökumətinin ölkəni xaosa sürükləyən Taliban qarşısında devrilməsindən bir gün sonra, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili toplantısında bildirib.

Quterreş “Mən zorakılığa dərhal son qoyulmasını, bütün əfqanların hüquqlarına hörmət edilməsini və Əfqanıstanın tərəfdar olduğu bütün beynəlxalq müqavilələrə riayət etməsini tələb edirəm” deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəziyyət dəyişməzdən əvvəl təxminən 18 milyon insanın – əhalinin yarısının humanitar yardıma ehtiyacı var idi. Ölkədə humanitar böhran qorxusu artır.

“Birləşmiş Millətlər Təşkilatı Əfqanıstandakı təhlükəsizlik vəziyyətinə uyğunlaşacaq. Lakin hər şeydən əvvəl Əfqanıstan xalqının yanındayıq və biz ehtiyacı olanlara dəstək olacağıq” – deyə, Baş katib bildirib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi əsasən də qadın və qızların vəziyyəti olmaqla, bundan əvvəlki Taliban rejimi dövründə insan haqları ilə bağlı dərin narahatlıqların olduğunu dilə gətirib.

Quterreş eləcə də “Əfqanıstanın qadın və qızlarının çətin qazanılan hüquqlarının qorunması vacibdir. Onları fürsətlərinin genişlənəcəyinə, təhsillərinə təminat veriləcəyinə, azadlıqlarının genişlənəcəyinə və hüquqlarının təmin ediləcəyinə inandıran beynəlxalq birlikdən dəstək gözləyirlər” deyib.

Eyni zamanda Quterreş ölkənin yenidən terrorçuların sığınacağı və ya platformasına çevrilməsinə icazə verilməməsi barədə xəbərdarlıq edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button