2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əfqanıstanda NATO karvanına hücum edilib

Əfqanıstanda NATO missiyasına məxsus karvana bombalı intiharçı hücumu zamanı azı səkkiz nəfər həlak olub, rəsmilər bildirirlər.

Ölənlərin hamısı mülki şəxslər olub, hökumətin sözçüsü deyib. Bundan başqa, üçü ABŞ hərbçisi olmaqla daha 25 nəfər xəsarət alıb. Hərbi nəqliyyat vasitələrinə hücum pik səhər vaxtı ABŞ səfirliyinin yaxınlığında baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Özünü İslam Dövləti (İD) adlandıran qrup hücumu törətdiyini deyib. İD 2015-ci ildən Əfqanıstandadır və son vaxtlar ölkədə bir neçə hücumlara imza atıb.

Nəqliyyat vasitələrindən ikisi, o cümlədən həmin yolda şütüyən bir neçə digər avtomobil ağır zədələnib, AFP xəbər verir.

Böyük partlayışlara müqavimət göstərmək üçün nəzərdə tutulan zirehli transportyorlar koalisiya bazasına qayıda bilib, NATO-nun başçılıq etdiyi Qətiyyətli Dəstək missiyası Twitter-də bildirib.

Hadisə ABŞ-ın Əfqanıstanda İD-in tunelinə “bütün bombaların anası”nı atmasından 3 həftə sonra baş verib. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button