2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqanıstanda ‘Ramazan atəşkəsi’ elan edilib

Əfqanıstan prezidenti Ashraf Ghani bəyan edib ki, Ramazan bayramı ilə əlaqədar Talibanla müvəqqəti atəşkəs barədə razılıq əldə edilib.

Ghani deyib ki, bu razılaşma iyunun 12-dən 20-dək qüvvədə olacaq.

Prezident bildirib ki, bu müddət ərzində Talibana qarşı döyüş əməliyyatları dayandırlsa da, İslam Dövləti ekstremist təşkilatı ilə mübarizə davam edəcək.

Ghani bildirib ki, bu atəşkəs Talibana siyasətinə bir daha baxmaq imkanı verir. Onun fikrincə hazırkı vəziyyətdə Talibanın fəaliyyəti əfqanların beyin və qəlblərini fəth eləmir.

Saytların yığılması Saytlarin yigilmasi

Talibanın sözçüsü Zabihullah Mujahed bu barədə AzadlıqRadiosuna şərh verməkdən imtina edib.

ABŞ-ın Əfqanıstandakı komandanı bəyan edib ki, ölkədəki xarici qüvvələr də Əfqanıstan hökumətinin atəşkəs razılaşmasına əməl edəcəklər.

BMT-nin Əfqanıstandakı missiyası Ghaninin bu bəyanatını aıqışlayıb.

Brüsseldə NATO-nun baş katibi Jens Stoltenberg də Talibanı atəşkəs razılaşmasına əməl etməyə çağırıb. O deyib ki, Taliban “döyüş meydanında qalib gələ bilməyəcək”.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Əfqanıstan hökumətinin atəşkəs təklifi etməsi onun, münaqişənin sülh və milli barışıq əsasında həllini istədiyini göstərir.

Lakin Əfqanıstan ordusunun generalı Atiqullah Amarkhel deyib ki, atəşkəs razılaşması Talibana qüvvələrini yenidən qruplaşdırmaq imkanı verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button