2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əfqanıstanda soyuqdan ən azı 166 nəfər həlak olub

Beynəlxalq təkilatların hesabatlarına görə, Əfqanıstanın 38 milyon əhalisinin yarısından çoxu aclıqla, dörd milyona yaxın uşaq qida çatışmazlığından əziyyət çəkir

Saytların yığılması Saytlarin yigilmasi

Yanvarın 28-də Əfqanıstan ərazisində havanın kəskin soyuması nəticəsində ən azı 166 nəfər həlak olub.

Məlumatlarda qeyd olunur ki, həmin gün güclü yağan qar, şaxtalı küləklə yanaşı havanın temperaturu -33 dərəcəyə düşüb. Bu da insan təlafatının çoxalmasına səbəb olub.

Yardım agentlikləri soyuq havadan əvvəl xəbərdarlıq ediblər ki, Əfqanıstanın 38 milyon əhalisinin yarısından çoxu aclıqla, dörd milyona yaxın uşaq isə qida çatışmazlığından əziyyət çəkir.

Taliban 20 illik fasilədən sonra 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirib.

Hakimiyyətin ələ keçirilməsindən sonra 3 ay sonra Talibanın baş naziri dünya ölkələrinə, hümanitar yardım təşkilatlarına müraciət edək yardımlarını əsirgəməməyə çağırıb.

Ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşandığını deyən nazir müraciətində taqətdən düşmüş xalqa yardım olunmasını istəyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button