2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əfqanıstanda taliblər hakimiyyətə gəldikdən sonra güc bölgüsü necədir?

taliblərin arxasında kim dayanır?

Bakı/03.09.21 Əfqanıstanda hakimiyyət dəyişikliyi və Qərbin bu ölkədən gedişi mövzusu son iki həftənin ən aktual mövzusudur. Analitiklər bunun necə və niyə baş verdiyi və bundan sonra nə olacağı barədə suallara cavab axtarmağa davam edir.

Əfqanıstanda xidmət edən məlumatlı mənbə Turan agentliyinə bildirib ki, taliblər Pakistanın məhsuludur. Bu hərəkatı İslamabad yaradıb və ilk gündən dəstəkləyib. Pakistanın bir marağı var idi – ABŞ-a qarşı mübarizə aparmaq. İslamabad ABŞ-ın siyasətində nəyi bəyənmir? – sualına cavabda mənbə qeyd edib ki, burada iki səbəb var. Birincisi odur ki, ABŞ Hindistanla münaqişədə Pakistanı dəstəkləməyib. İkinci səbəb ondadır ki, Pakistan ABŞ-ın düşmənçilik etdiyi Çinin müttəfiqidir.

“İki mininci illərin əvvəllərində ABŞ Pakistana qarşı sanksiyalar tətbiq edib və indiyədək bu sanksiyaları ləğv etməyib. Bu, İslamabadı həddindən artıq qıcıqlandırırdı və başqa müttəfiqlər axtarmağa sövq edirdi. Çin buna şad idi və hərbi və iqtisadi yardım göstərirdi. Öz növbəsində, Pakistan bir sıra Avropa ölkələri ilə hərbi əməkdaşlıq qurub, onlardan silah alıb. Məsələn, Fransa Pakistan üçün iki sualtı qayıq istehsal edib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, Pakistan İran və Türkiyə ilə işləyib, bir çox məsələlərdə onların dəstəyini əldə edib”, deyə mənbə bildirib.

Əfqanıstana gəlincə, ABŞ-ın siyasətinin uğursuzluğunun səbəbi ondadır ki, ölkə əhalisi ənənəvi olaraq istənilən xarici qüvvəni işğalçı kimi görür. Mütləq əksəriyyətin fikri və əhval-ruhiyyəsi belədir, məhz buna görə taliblər ciddi müqavimətlə qarşılaşmayıblar.

Etnik özbəkləri və tacikləri birləşdirən Şimal Alyansına gəlincə, onlar Pənçşir vadisini, daha doğrusu Əfqanıstanın bu regionunda hakimiyyəti əllərində saxlamayacaqlar. “Bu qüvvələr ABŞ-dan çox sayda silah və texnika miras almış talib qüvvələrinə qarşı ciddi müqavimət göstərmək iqtidarında deyillər”, deyə mənbə qeyd edib.

Taliblər hökumətinin perspektivinə gəlincə, yaxın gələcəkdə Çindən Əfqanıstana ciddi maliyyə axını gözləmək olar. İlk növbədə, Pekin təbii sərvətlərin işlənməsində və Çini Avropa bazarları ilə birləşdirən “Bir zolaq, bir yol” layihəsi çərçivəsində kommunikasiyaların inkişaf etdirilməsində maraqlıdır.

İkinci ciddi oyunçu Türkiyədir, Əfqanıstan iqtisadiyyatının digər sahələrinin inkişafı ilə bağlı ona ümid bəslənir. İrana gəlincə, taliblər artıq bildiriblər ki, İranın dövlət sisteminə bənzər sistem qurmaq istəyirlər. Nəhayət, daha bir mühüm oyunçu – Qatar uzun illərdir taliblərin qərargah-mənzili olub və onlara maliyyə dəstəyi göstərib.

“Bütün bunları ümumiləşdirsək, demək olar ki, Orta Şərq regionunda geosiyasi bölgü baş verir, hələlik bunun nəticələrini proqnozlaşdırmaq çətindir, amma bu nəticələrin kifayət qədər ciddi olacağına şübhə yoxdur”, deyə mənbə qeyd edib.

Taliblərin Mərkəzi Asiyaya gedəcəyi barədə iddialara gəlincə, bu, yalnız Tacikistan və Özbəkistan Əfqanıstanın özündə etnik özbək və taciklərin silahlı dəstələrini dəstəkləyəcəyi təqdirdə ola bilər, deyə adının açıqlanmasını istəməyən ekspert belə hesab edir. -02B-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button