2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqanıstanın media departamentinin rəhbərinə sui-qəsd təşkil edilib

Taliban cümə günü Əfqanıstan hökumətinin media informasiya mərkəzinin rəhbəri Dava Xan Menapalı məsdicddə güllələyərək öldürüb.

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat verir. Taliban bundan bir neçə gün əvvəl artan hava zərbələri səbəbindən yüksək səviyyəli vəzifəli şəxsləri hədəf alaraq qisas alacağı barədə xəbərdarlıq etmişdi.

“Təəssüf ki, vəhşi terrorçular bir daha qorxaq hərəkət etdilər və vətənpərvər bir əfqanı şəhid etdilər” – deyə, Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanikzai bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Talibanın sözçüsü Zabihullah Mücahid mətbuata göndərdiyi məlumatda bildirir ki, “o, mücahidlərin həyata keçirdiyi xüsusi bir hücumda öldürüldü”.

Əfqanıstandakı xarici qoşunlar bu ayın sonuna qədər tamamilə çəkilməyə başladıqca ölkədə qarşıdurmalar daha da şiddətlənib.

Taliban artıq ölkənin bir çox yerinin nəzarətini ələ keçirib. Və indi bir neçə böyük şəhərdə hökumət qüvvələrinə meydan oxuyur.

Müdafiə naziri ona qarşı sui-qəsdcəhdindən xilas olandan bir gün sonra militantlar Əfqanıstan hökuməti liderlərini hədəf alan daha çox hücumlar barədə xəbərdarlıq ediblər.

Çərşənbə axşamı Müdafiə naziri Bismillah Məhəmmədi aylardan sonra ilk dəfə paytaxtda bomba və silahlarla qarşıdurma yaşayıb.

Əfqanıstan və ABŞ hərbçiləri bir sıra şəhərlərdə üsyançılara qarşı mübarizədə hava zərbələrini artırıb. Taliban isə çərşənbə günü buna cavab olaraq Kabilə hücum edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button