2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Əfv sərəncamı təxirə salınır

24saat.org-un məlumatı təsdiqini tapdı

Novruz bayramında əfv olmayacağı barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, hakimiyyət aprelin 11-nə təyin olunan prezident seçkisini siyasi məhbusları azadlığa buraxmadan keçirmək niyyətindədir.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun aministiya təklifinin də buna hesablandığını yazmışdıq. Yada salaq ki, Siyavuş Novruzov aministiya aktının may ayında imzalanmasını təklif edib. O, bəzi məhbusların azadlığa buraxılmasını məqsəduyğun sayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org isə yazmışdı ki, hakimiyyət Qərbin prezident seçkisinə münasibətini öyrənmək istəyir. Əgər mənfi münasibət olacaqsa, güman ki, siyasi məhbusların azadlığa buraxılması təxirə salınacaq. Əks təqdirdə bu problem həll olunacaq və hakimiyyət əlavə siyasi dividend qazanacaq.

Yazdıqlarımız təsdiqini tapıb. Bu gün Əfv Komissiyasının üzvü Rəşad Məcid modern.az saytına bildirib ki, əfvlə bağlı müraciətlər həddindən artıq çoxdur.

“Müraciətlər daxil olmaqda davam edir. Komissiya və Katiblik gərgin olaraq çalışır”.

Onun sözlərinə görə, növbəti əfv sərəncamının prezident tərəfindən mayda imzalanacağı gözlənilir.

“Müraciətlər çox olduğundan hamısını Novruz bayramına qədər araşdırmaq mümkün olmayacaq. Çox güman ki, əfv sərəncamı ölkə rəhbəri tərəfindən mayda imzalanacaq” ,- deyə komissiya üzvü bildirib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button