2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əfv üçün 100-dən çox müraciətə baxılıb

Fevralın 27-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti, iclası keçirilib.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Komissiyadan məlumat verilib.
Məlumata görə, iclasda əfvlə bağlı müxtəlif kateqoriyalara aid olan 100-dən çox müraciətə baxılıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Ümumi baxılan müraciətlərin sayı isə 450-dən çoxdur”

Komissiyadan əlavə olunub ki, müraciətlərə baxılması davam edəcək. Bu, bu il Komissyanın sayca dördüncü iclası olub.

Xatırlatma

Azərbaycanda sonuncu əfv sərəncamı ötən ilin aprel ayında imzalanıb.
Həmin əfv sərəncamı dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan və risq qrupunda sayılan bir sıra məhkumlara şamil olunub.Həmin əfv sərəncamı ilə 176 nəfər azadlığa buraxılıb

Bir sıra yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda hazırda 150-yə yaxın siyasi məhbus var.Amma rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

24 saat” “Əfv üçün 100-dən çox müraciətə baxılıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button