2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘Əgər biz qarşımıza məqsəd qoysaydıq, Talış kəndində yox, Xankəndində əhali qalmazdı’ – EKSPERT TƏHLİLİ

“Ordumuz boş qalan işğal altındakı ərazilərimizdə niyə irəliləmir… ” – hər kəsin özünə verdiyi sual
Bir neçə gündür Ermənistan və Rusiya mətbuatında Talış kəndinin və cəbhə bölgəsində yerləşən bəzi işğal olunmuş ərzilərimizdə məskunlaşan ermənilərin öz evlərini tərk etdiyini əks etdirən görüntülər yayılır. Videogörüntülərdən də aydın görünür ki, cəbhə bölgəsində yalnız ermənilərə məxsus postlar və digər hərbi qüvvələr yerləşib.
Aprel ayından başlayaraq cəbhə bölgəsində yaranan vəziyyətdən sonra Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar və düşmən həmləsinin qarşısını uğurla alması hər kəsi müharibəyə köklədi. Cəmiyyət arasında belə bir fikir və daha sonrasında qətiyyətli istək yarandı ki, niyə əməliyyatlar sona qədər davam etdirilmədi və düşmənin qaçdığı kəndlərimiz,  əsasən də heç bir məskunlaşma olmayan işğaldakı böyük ərazilərimiz ordumuz tərəfindən nəzarətə götürülmədi. Lələtəpə yüksəkliyi kimi digər strateji yüksəklikləri və işğal altnda olan ərazilərimizi geri qaytarmaq gücündə olan ordumuzun niyə hazırda ermənilərin boşaltdığı işğal altında olan ərazilərimizə irəliləmir?
Cəmiyyətdə də sual doğuran bu məqamla bağlı politoloq Elxan Şahinoğlu musavat.com-a danışıb.
Politoloqun fikrincə, Azərbaycanın bu addımı ata bilməməsinə səbəb həm siyasi təzyiqlər, həm də cəmiyyətə aydın olmayan hərbi məlumatlardır: “Məlum məsələdir ki, bu proseslərdə Rusiya tərəfdən də təzyiqlər oldu. Prezident Putin iki dövlətin başçısına da bir başa müraciət etmişdi. Dağlıq Qarabağ məsələsində Rusiyanın təsiri danılmaz faktdır.
Lakin bu işğal olunmuş ərazilərimizin geri qaytarılmasında hərbi amillər  də var. Biz hərbi mütəxəssis deyilik. Bilmirik irəliləmək nə qədər mümkün idi. Həqiqətən də aprel ayının əvvəlində məlumatlar gəlirdi ki, ordumuz strateji yüksəkliklərdən də bir qədər o tərəfə getməyi bacarıblar. Amma görünür o yerləri saxlamaq çətin olduğundan strateji yüksəkliyə geri dönməyə qərar verilib. Həm də əlavə itki verməmək baxımından. Nəzərə almaq lazımdır ki, hücuma keçən tərəf daha çox itki verir. Tutaq ki, bizim daha çox ərazini geri qaytarmaq imkanımız olsaydı, məsələn, Ağdərəni azad etsəydik və ya Sərsəng su anbarına nəzarəti ələ keçirsəydik həmin ərazilərin geri qaytarılmasında Rusiya o qədər rol oynamayacaqdı. Biz bu məsələni özümüz həll edəcəkdik. Yəqin ki, hərbi nöqtəyi- nəzərdən durumun o qədər də yaxşı olmadığı qənaətinə gəliblər”.
 
Politoloq danışıqların nəticəsi olmadığı halda müharibənin qaçınılmaz olduğunu düşünür: “Ordumuzun son hadisələrdə əldə etdiyi nəticələr uğurludur. Bu gələcəkdəki uğurlara yol açır. İndi gələcəkdəki hadislərin inkişaf istiqamətinə baxmaq lazımdır. Çünki o strateji yüksəkliklər işğal olunmuş torpaqlara nəzarət etməyə imkan verir. Mənim proqnozum belədir ki, yaxın aylarda danışıqların nəticəsi olmasa,  müharibənin daha böyük miqyasda təkrarlanması ehtimalı yüksəkdır”.
Hərbi ekspert Üzeyir Cəfərov isə fərqli düşünür. Onun sözlərinə görə, aprel ayında baş verən hadisələrdə Azərbaycan ordusu heç bir əməliyyat keçirməyib və yalnız düşmənin həmləsini dəf edib.
Ekspert deyir ki, əgər Azərbaycan əməliyyatlarla bağlı qərar versə idi, bunun qarşısını heç bir qüvvə ala bilməyəcəkdi: “Azərbaycan silahlı qüvvələri aprelin əvvəlində heç bir döyüş əməliyyatı  aparmayıb.  Biz yalnız düşmənin həmləsini dəf edib və məhdud sayda heyətlə onları zərərsizləşdirdik. Əgər hər hansı bir əməliyyat keçirsəydik onda gərək bütün Beyləqan və Bərdə hərbi birləşmələri tam heyətdə o döyüşlərdə iştirak edərdi. Biz Beyləqan istiqamətində, konkret Lələtəpə istiqamətində yalnız bir bölüklə o yüksəklikləri almışıq. Talış istiqamətində də yalnız bizim xüsusi təyinatlılar düşmənin həmləsini dəf etdikdən sonra məhdud sayda əsgər və zabitlərimiz onlara kömək məqsədi ilə toqquşmalarda iştirak edib. Geniş miqyasda ənməliyyatlar olmayıb ki, biz deyək ki, niyə biz irəliləyə bilmədik? Əgər biz həqiqətən qarşımıza məqsəd qoysaydıq Talış kəndində yox, Xankəndində əhali qalmazdı”.
Azərbaycan ordusunun öz ərazilərini işğaldan azad etmək imkanlarına sahib olduğunu deyən Ü.Cəfərov beynəlxalq səviyyədə aparılan danışıqlara Rusiyanın müdaxiləsinin olduğunu bildirdi: “Son məlumatlar ondan ibarət idi ki, Ermənistan əhalisi yalnız işğal olunan ərasilərdən deyil, digər ərazilərdən də uzaqlaşmağa başlayıb. Ona görə də bu kəndlər boşalıb. Heç kim yoxdursa, bu o demək deyil ki, Azərbaycan ordusu niyə gedib o əraziləri nəzarətə götürmür? Azərbaycan sadəcə istəyir ki, danışıqıar prosesini “rəsmi Bakı pozur”, deyə beynəlxalq qurumlara bəhanə verməsin. Lakin son hərbi toqquşmalardan sonra beynəlxalq qurumlar hərəkətə keçiblər. Rusiyanın xarici işlər naziri ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında 4 dəfə Qarabağ məsələsi müzakirə olunub. Prinsip etibarı ilə nə isə etmək istəyirlər, amma bu oyuna da bənzəyir. Əsasən də Rusiyanın oyununa.
Ermənilər narahat idilər ki, Azərbaycan Rusiyada keçirilən hərbi paraddan istifadə edib Ermənistana hücuma edəcək. Bu da Azərbaycanı gözdən salmaq üçün başladılan bir kampaniya idi. Azərbaycan isə onları məyus etdi. Lakin bu ərəfədə ermənilər atəşkəs rejimini pozdular. Ermənilər indi açıq şəkildə bilir və dərk edir ki, Azərbaycan qətiyyətlidir və öz torpaqlarını geri alacaq. Bu onları vahiməyə salıb. Kəndlərdən camaat öz istəyi ilə gedir. Lakin muzdlular və xüsusi təyinatlılar həmin ərazilərdə yerləşdirilib. Cəbhəyanı bölgələrdən erməni kəndlilərin çıxması erməni əsgərlərini də qorxudur. Çünki onlar da vəziyyətin ciddiliyini anlayır və torpaqların geri qaytarılmasında Azərbaycanın qətiyyətli mövqe sərgilədiyini başa düşür”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button