2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Əhali bank kreditlərinin əlində aciz qalıb

Problemli kreditlərin həcmi maksimuma çatıb

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi iyun ayının 1-nə 1 514,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu göstəriciÿilk 4 ayın yekunu ilə müqayisədə 9,62% çoxdur. Yalnız may ayında problemli kreditlərin həcmi 132,9 mln. manat artıb. Bununla belə, ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 5,7 mln. manat və yaxud 0,37% artıb. Son bir ildə isə problemli kreditlər 201 mln. manat və yaxud 15,3% çoxalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı son bir ayda 0,9 faiz bəndi, bu ilin əvvəlindən 1,4 faiz bəndi, illik müqayisədə isə 2,2 faiz bəndi artaraq ÿ8,3%-ə çatıb.

Göründüyü kimi ötən müddət ərzində problemli kreditlərin həcmi maksimuma çatıb. Gündən-günə vətəndaşın ödəniş qabiliyyəti azalır, bankların fəaliyyəti iflic vəziyyətə düşür. Hökumət bank sektorunun sağlamlaşdırılmasına start verildiyini bəyan etsə də, maliyyə nəzarəti komitəsi yaradılsa da, müsbət tendensiyanın müşahidə ediləcəyi bildirilsə də nəticə əks effekt verdi. Çünki, verilən vədlərin heç birinə əməl edilmədi. Hökumət həmişəki kimi mənasız layihələrə milyonlar xərcləməyə davam etdi, özlərinə məxsus olan Beynəlxalq Bankı vəziyyətdən çıxarmağa çalışdılar və real mənzərəni ört-basdır etmək üçün xarici borc yükünü artımağa başladılar.

Problemli kreditlərin sürətlə artması onu göstərir ki, prosesi durdurmaq üçün heç bir addım atılmayıb. Əminliklə demək olar ki, bundan sonrakı mərhələ daha ağır olacaq və problemli kreditlərin həcmi sürətlə artacaq.

Məsələ burasındadır ki, nə vətəndaşın ödəmə qabiliyyətini artıracaq fəaliyyət görünür, nə də bankların kredit siyasətində hər hansı dəyişiklik müşahidə olunur. Əgər iri məmurlara məxsus holdinqlər fəaliyyətini dayandırırsa, minlərlə işçi ixtisara salınırsa, ümumi mənzərəni təsəvvür etmək çətin deyil. Işsizliyin artması, qiymətlərin bahalaşması fonunda vətəndaşın ödəmə qabiliyyətinin azalması zəruridir. Belə bir vəziyyətdə banklar faizləri aşağı salmaqla, hökumət vətəndaşa müəyyən güzəştlrə etməklə vəziyyəti sabitləşdirmək olar. Amma hökumət bu addımı atmaq fikrində deyil. Banklar da iri məmurlara məxsusdur və onlar da faiz dərəcələrini aşağı salmaq istəmirlər. Vətəndaş borcu ödəmək üçün evini, avtomobilini, obyektini satmağa məcbur edilir ki, buda nəticə etibarilə intiharlara gətirib çıxarır. Deməli, müştərini sıxmaqla da kreditlərin ödənməsinə, problemli kreditlərin həcminin azaldılmasına nail olmaq mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button