2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİqtisadiyyat

Əhali manata keçirmi?

Samir Əliyev: “Əhalidə hələ banklara, manata etibar bərpa olunmayıb “

Saytların yığılması Saytlarin yigilmasi

2017-ci il aprelin 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 911,4 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 480,5 mln. manatı (21,42%) milli valyuta, 5 mlrd. 431 mln. manatı (78,58%) isə xarici valyuta ilə yerləşdirilib.
Mərkəzi Bankın açıqladığı statistikaya görə, ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 31,1 mln. manat və ya 2,06% azalıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 946,3 mln. manat və ya 14,74% azalma var.
Bununla yanaşı, cari ilin fevral ayı ilə müqayisədə martda milli valyutada olan əmanətlərin həcmi 16,8 mln. manat və ya 1,15% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 207,1 mln. manat və ya 3,66% azalıb.
Qeyd edək ki, əmanətlərin Manat ifadəsində azalması Dolların Manat qarşısında ucuzlaşması ilə bağlıdır. (APA)

Iqtisadçı Samir Əliyev hesab edir ki, əhalidə hələ banklara, manata etibar bərpa olunmayıb. Bir müddət əmanətlərin dollarlaşması prosesinin baş verdiyini deyən ekspert bildirdi ki, növbəti mərhələdə isə ümumiyyətlə əmanətlərin azalması prosesi yaşandı: “Əgər birinci mərhələdə baş verənlər – əmanətlərin dollarlaşması onların devalvasiyadan qorunmasına xidmət edirdisə, ikinci mərhələdə əmanətlərin geri çəkilməsinin səbəbi bankların bağlanması və ya bağlanma ehtimalı oldu. Əhali banklardan geri çəkdiyi əmanətlərini özündə saxlamağa üstünlük verdi. Hazırda da həm dollarda, həm də manatda olan əmanətlərin azalması baş verir. Amma manatın məzənnəsində bir qədər sabitliyin yaranması manat əmanətlərinin nisbətən azalmasına səbəb olub. Dollarda isə azalma banklardan əmanətlərin geri çəkilməsiylə bağlıdır. Dollarda azalmanın bir səbəbi də sırf məzənnə ilə bağlıdır”.
S.Əliyev onu da bildirdi ki, əhalidə inamsızlıq hələ bitməyib. Bu gözlənti bankların birləşməsi prosesi başa çatdıqdan sonra aradan qalxa bilər. “Həm də dollar əmanətləri üçün verilən faiz dərəcəsi bu gün əmanətçiləri qane etmir”, deyə S.Əliyev vurğuladı.

Xəyal

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button