2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

“Əhalinin yığmağa pulu olmayanda, dollara da ehtiyac azalır”

Bu ilin əvvəlindən dollara tələbatda azalma müşahidə olunur. Yanvarın 24-də Azərbaycan Mərkəzi Bankında keçirilən növbəti valyuta hərracında son illər ilk dəfə bankların sifarişi olmayıb və onlar dollar almayıb. Yanvarın 19-da keçirilən hərracda isə tələbat  cəmi 1.5 milyon dollar təşkil edib. Yanvarın 5-də baş tutmuş ilin ilk hərracında 52.7 milyon dollar satılıb və növbəti hərraclarda tələbatda azalma olub.

Ümumilikdə yanvar ayında keçirilmiş altı hərracda 159.1 milyon dollar satılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən dörd dəfə azdır. 2022-ci ilin yanvarında hərraclarda 642.7 milyon dollar alınmışdı. Xatırladaq ki, 2017-ci ildən bu yana 1 dollar 1 manat 70 qəpiyə satılır.

Dollara tələbat azalmasının səbəbi nə ola bilər?

Saytların yığılması Saytlarin yigilmasi

Bank-maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı Turanın suallarını cavablayıb.

* * *

Sual: Əkrəm müəllim, bu ilin əvvəlindən dollara tələbatda azalma müşahidə olunur. Sizcə, bu nə ilə bağlıdır?

Cavab: Həm obyektiv, həm də subyektiv faktorlar var. Obyektiv faktorlar bütövlükdə iqtisadi aktivliyin azalması ilə bağlıdır. Əhalinin gəlirləri azalır, xərcləri artır. Dollar əhali üçün əsasən yığım valyutasıdır. Yığmağa bir şey yoxdursa, dollara da ehtiyac azdır. Biznesə gəldikdə isə sahibkarların da fəaliyyəti get-gedə daralır. İnhisarlaşma meylləri güclənir. Real özəl sahibkarların sayı və dövriyyəsi, xariclə əməliyyatları azalır. Deməli, onlara da dollar daha az lazımdır. İnhisarçı məmur biznesi isə dolları müxtəlif yollarla da əldə edə bilər, bizim bu barədə heç xəbərimiz də olmaya bilər.

Subyektiv faktorlara isə inzibati məhdudiyyətləri aid etmək olar. Məsələn, əhaliyə münasibətdə qeyri-rəsmi və qanunsuz 20 min manatlıq limit tətbiq olunur. Yəni hər kəs ildə cəmi bu limit çərçivəsində xarici valyuta ala bilər. Artıq alanlara vergi orqanı hətta vergi də hesablayır.

Sual: Bu belə bir fikir yaradır ki, ola bilsin ki, manat daha da bahalaşsın. Sizcə, manat dollar qarşısında bahalaşa bilərmi?

Cavab: Obyektiv olaraq bahalaşa, yəni möhkəmlənə bilər manat. Açıq məlumatlara görə valyuta ehtiyatlarımız sabit yüksək neft qiyməti hesabına artıb. Deməli, obyektiv olaraq manat möhkəmlənə bilər. Amma hökumətin buna gedəcəyi real görünmür. Çünki valyuta ehtiyatlarını manatın bahalaşmasına sərf etməz. Həm də bu, yerli istehsala mənfi təsir edər: mallarımızı qiyməti xaricilər üçün qalxar. 99 faiz ehtimalla bu il də manatın məzənnəsi sabit qalacaq. Qlobal bazarlarda qeyri-adi kəskin bir şey baş verməsə.

Sual: Bazarda manat kütləsinin çatışmazlığı nə ilə əlaqədar ola bilər?

Cavab: Bu, Mərkəzi Bankın inflyasiya ilə mübarizə aparması ilə bağlıdır. Uçot dərəcəsini artırır, yəni banklara daha bahalı kreditlər verir. Eyni zamanda bankların Mərkəzi Bankda saxladığı məcburi ehtiyat norması da artdı. Yəni Mərkəzi Bank dövriyyədəki pul kütləsini bilərəkdən azaldır ki, qiymət artımının qarşısı alınsın. Amma təbii, bu, iqtisadi aktivliyin də azalmasına səbəb olur.

Sual: Bu həm də ixrac- idxal əməliyyatları ilə bağlı ola bilərmi?

Cavab: Qismən ola bilər. Amma əsas səbəb Mərkəzi Bankın pul siyasətidir.

Sual: Dollara tələbatın azalması hansı müsbət və ya mənfi proseslər gətirə bilər?

Cavab: Bu tələbatın real azalması iqtisadi aktivliyin azalması deməkdir. Deməli, iqtisadi inkişaf da sürətli olmayacaq.

Amma tələbatın reallıqda nə qədər azalmasının özü də sual altındadır. Çünki Mərkəzi Bankın məzənnəsi 1,7 olduğu halda banklar da əhali və sahibkarlardan dolları 1,69-dan da yüksək, yəni təxmini elə 1,7 məzənnəsi ilə alırlar. Tələbat real azalıbsa, məzənnə aşağı olmalı idi: heç olmasa 1,68. Yəni topdan qaydada Mərkəzi Bankdan 1,7 məzənnəsi ilə dollar almayan bank əhalidən niyə pərakəndə qaydada təxmini eyni məzənnə ilə alsın axı? Buna vaxt, işçi qüvvəsi sərf etsin. İstisna deyil ki, banklar inzibati göstəriş əsasında hərraclarda iştirak etmir və ya aşağı tələblə iştirak edirlər. Necə ki, belə göstəriş əsasında daha əvvəl qeyd etdiyim 20 min manatlıq limiti tətbiq edirlər. Xatırlardıram ki, həmin limiti rəsmi olaraq dövlət yox, guya banklar birgə tətbiq edirlər. Amma başa düşürük ki, limiti dövlət tətbiq edir. Əvvəla, tələbat azalıbsa, limiti niyə aradan qaldırmırlar? Digər tərəfdən də bu limitin tətbiqi məsuliyyətini üzərinə götürən banklara necə inanaq ki, elə inzibati qaydada da hərraclarda iştirak etmirlər? Demirəm ki, ölkənin valyuta problemi var. Amma ola bilər ki, geosiyasi gərginlik fonunda dövlətimiz valyuta ehtiyatlarının həcminə çox həssas yanaşır. Başqa sözlə, gələcəkdə yarana biləcək problemlərə hazırlıq görür.

The post “Əhalinin yığmağa pulu olmayanda, dollara da ehtiyac azalır” appeared first on 24 saat.

“24 saat ““Əhalinin yığmağa pulu olmayanda, dollara da ehtiyac azalır”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button