2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əhalisi 265 milyon olan ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

İndoneziyada koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmisi açıqlayıb.

Bildirilir ki, bu, ölkədə koronavirusdan qeydə alınmış ilk ölüm faktıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, İndoneziyada koronavirusa 27 nəfər yoluxub. Onlardan 2-si sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 235 çatıb. Bunların 66 578 nəfəri sağalıb, 4 300 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını  Covid-19 -qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button