2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əhaliyə orqanizm üçün təhlükəli duz satılır

Neftçala rayonunda yerləşən duz gölündən duz kisələrə yığlaraq satışa göndərilir.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Duz Neftçala rayonunda yerləşən duz gölündən toplanıb satılır. Bu duzlar ən təhlükəli metallarla zəngin,təmizlənməmiş duzlardır. Bu kimi duzların satışı qadağan olsa da, Neftçala rayonunda dövlətin qanunlarının icrasına cavabdeh orqanlar,xüsusən Səhiyyə Nazirliyi,İqtisadiyyat Nazirliyi və s. təhlükəli duzun yığılıb satılmasına tam biganəlik göstərirlər.Bir ictimai təşkilat olaraq dövlətdən məvacib alan məmurların biganəliyinə son qoyulmasını və bu anormal halın qarşısının alınmasını istəyirik və əhaliyə müraciət edirik ki, bu duzları istehlak edib özünüzü zəhərləməyin”,- o deyib.

Qeyd edək ki, 2001-ci ildə ölkəmizdə “Yod çatışmazlığı xəstəliklərinin profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” haqqında qanun qəbul olunub.Qanunun 8.3 maddəsinə görə “Yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı,satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button