2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əhməd Məsudun Milli Müqavimət Cəbhəsi Talibana qarşı mübarizəyə qalxıb

Taliban Əfqanıstanın paytaxtı Kabildən 150 kilometr şimalda yerləşən Pəncşir Vadisindəki hərəkatı yatırtmaq üçün bölgəyə yüzlərlə döyüşçü göndərib. Hərəkata 20 il əvvəl Əfqanıstanda son dəfə hakimiyyətdə olan Talibana qarşı mübarizə aparan silahlı qüvvələrin rəhbərinin oğlu başçılıq edir.

Göndərmə Əfqanıstan ordusunun nizami birləşmələri, xüsusi təyinatlıları və yerli döyüşçülərindən geri qalanlardan ibarət olan Əhməd Məsudun Milli Müqavimət Cəbhəsi ilə birləşən qüvvələrin Bağlan əyalətinin cənub bölgəsi Andarabda Talibanla toqquşmasından bir neçə saat sonra baş verib.

Keçən həftə Məsudun Talibana qarşı olan silahlı dəstələri Pəncşir Vadisi yaxınlığında, Andorabla qonşu olan 3 rayonu ələ keçirmişdi. Bazar ertəsi Taliban həmin üç rayonu geri aldığını iddia edib.

Saytların yığılması Saytlarin yigilmasi

Talibana qarşı olan hərbi dəstələrin komandirləri

Əhməd Məsudun atası, “Pəncşirin aslanı” ləqəbli Əhməd Şah Məsud 1980-ci illərdə Sovet, 1990-cı illərdə isə Taliban qüvvələrinə dar və demək olar ki, keçilməz vadini ələ keçirməyə mane olub. Britaniyanın Sandhurst Hərbi Akademiyasında təhsil alan və London Kral Kollecində hərbi təhsil alan oğlu atasının yolunu davam etməyə çalışır.

Taliban bazar günü Məsuda Pəncşir Vadisini təslim etməsi üçün 4 saat vaxt verib. Və bildirib ki, “yerli vilayət rəsmilərinin sülh yolu ilə təhvil verməkdən imtina etməsindən sonra” oraya qüvvələr yerləşdirməyə başlayıb. Əhməd Məsud bir həftə əvvəl İslamçı hərəkatın Kabildə hakimiyyəti ələ keçirməsindən bəri Talibanla danışıqlar aparır, lakin məsləhətçilərindən biri Amerikanın Səsinə bildirib ki, danışıqlar dayandırılıb və davam etmək ehtimalı azdır.

Məsudun sözçüsü Əli Nəzəri isə “Heç bir irəliləyiş yoxdur” deyib. Danışıqlar əsasən Pakistanda, Əhməd Məsudun əmisi də daxil olmaqla, elçilər vasitəsilə aparılıb.

Taliban mərkəzləşdirilmiş bir hökumət quracağını və seçkilər keçirməyəcəyini bildirib. Müqavimətinə son qoymaq üçün Məsud seçkilər keçirilməsini, hökumətin mərkəzləşdirilməməsini, bölgələr və vilayətlərdə yarı-muxtariyyətə icazə verilməsi və Talibanın vətəndaş hüquqlarını təmin etməsini tələb edir.

Bazar günü Məsud Reuters xəbər agentliyinə müharibə istəmədiyini deyib. Telefonla etdiyi müsahibəsində Məsud deyib ki, Talibana irəliləməyin yeganə yolunun yalnız danışıqlar yolu olduğunu göstərməyə çalışır. O, tərəfdaşlarının döyüşməyə hazır olduqlarını deyib. “Onlar istənilən totalitar rejimə müqavimət göstərməyə hazırdır” – deyə, bildirib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button