2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Əhməd Vəliyev və oğlunun “Xaricdə Təhsil” biznesi

24saat.org saytı bildirir ki, sabiq deputat Əhməd Vəliyev təhsil nazirliyində işləyən oğlunun səlahiyyətlərindən istifadə eməklə bol qazanclı daha bir biznes sahəsi açıb. Həm də bu biznesdə məhz dövlətin oğlu Samir Vəliyevə verdiyi səlahiyyətlərdən isifadə etdiyini nəinki gizlədir, hətta bunu rəsmi olaraq reklamlara yerləşdirir. Belə ki, radiolarda Əhməd Vəliyev özünə məxsus “Odlar Yurdu Universiteti”ndə Xaricdə Təhsil Mərkəzi açması barədə reklamlar yaymaqdadır. Reklam mətnlərində isə qeyd edilir ki, Mərkəzin xətti ilə xaricdə təhsil almağa gedən tələbələrə viza, qarşılanma, yerləşdirmə, siğorta, sənədləşmə və s.mövzularda dəstək verilir. Həmçinin onlar bəzi universitetlərdə təhsil haqqından da azad olacaqlar və məzun olduqdan sonra DİPLOMLARIN TANINMASI ILƏ BAĞLI ODLAR YURDU UNIVERSITETININ XARICDƏ TƏHSIL MƏRKƏZINDƏN HÜQUQI DƏSTƏK ALACAQLAR. Məsələnin maraqlı tərəfi də budur ki, Təhsil Nazirliyində diplomların tanınması və təsdiqi ilə bağlı səlahiyyətli olan Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edənə Samir Vəliyev Əhməd Vəliyevin oğludur. Əhməd Vəliyevin açdığı Xaricdə Təhsil Mərkəzi oğlunun səlahiyyətinə aid olan məsələdən – diplomların tanınmasından yaralanmaq vədi ilə müştəri cəlb edərək böyük gəlirlər əldə etmək istəyir. Yada salaq ki, Samir Vəliyev də vəliyevlər ailəsinə məxsus Odlar Yurdu Universitetində vaxtilə prorektor vəzifəsində çalışıb.

Universitetin rektoru Milli Məclisdə iki çağırış deputat olmuş Əhməd Vəliyev idi. 2015-ci il parlament seçkilərində isə Vəliyev qanunverici orqana seçilmədi. Əhməd Vəliyev oğlu Samir Vəliyev isə hətta rektor əvəzi vəzifəsinə qədər yüksəldi. Doktorluq işini müdafiə edərək, professor olan Samir Vəliyev Mİkayıl Cababrovun dövründə təhsil nazirinin müşaviri, “peşə və orta ixtisas təhsili məktəbləri” üzrə sektor müdiri vəzifələrini icra edib, daha sonra isə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu. Hazırda o, bu idarədə rəis əvəzidir. Mediada onun “diplom biznesi” sahəsində “böyük uğurlar” əldə etdiyi barədə dəfələrlə yazılıb.

Xatırladaq ki, hazırda Azərbaycanda ən yararsız və haqqında ən çox narazılıq olan idarə məhz Samir Vəliyevin rəhbərlik etdiyi Akkreditasiya və Nostrifikasiya İdarəsidir. Əldə etdiyimiz məlumata əsasən, bu aydan etibarən idarənin fəaliyyəti müşahidə altına alınıb və avqust ayınadək bu sahədə ciddi islahatların aparılmasına qərar verilib. Məlumatlı mənbənin sözlərinə görə, hazırda xüsusi qazanc yeri olan rus dili imtahanın və tələbələrin pasport qeydiyyat təftişinin ləğvi Nazirlər Kabinetinin gündəliyindədir.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Günel

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button