2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətSiyasət

Əhmədzadələr müstəqillikdən gen-bol bəhrələnirlər

Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verməyi özünə rəva blənlərdən biri də Əhməd Əhmədzadə idi

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilib. Coşqun Əhmədzadə bundan əvvəl Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tutub.

Coşqun Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur. Mübariz Əhmədzadə isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Əhməd Əhmədzadə Azərbaycan tarixinə müstəqilliyin əleyhinə səs verən 31 deputatdan biri kimi düşüb. 1991-ci ilin 18 oktyabrında Azərbaycan xalqının 1920-ci il 18 aprel sovet işğalından dərhal sonra başlatdığı, zaman-zaman gah yüksələn, gah da səngiyən azadlıq mübarizəsinin 1988-ci ildən başlayan növbəti dalğasının yaratdığı ümum xalq hərəkatının təzyiqləri altında Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul etdi.
Həmin günə kimi Azətbaycan xalqı ağır itgilərdən keçib gəlsə də Ali Sovetin 360 üzvündən 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verməyi özlərinə rəva bldilər. Onlardan biri də Əhməd Əhmədzadə idi. Çox təəssüf ki, buna baxmayaraq Əhməd Əhmədzadə 1993-cü ildən bu günə kimi melioarasiya və su təsərrüfatı kimi starteji sahəyə rəhbərliyi həyata keçirir. Bu azmış kimi 11 il əvvəl qardaşı Mübariz Əhmədzadənin Qax rayon İcra Hakimiyyətinin başçısı, iki il sonra isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı təyin olunmasına nail olub. Mübariz Əhmədzadədən sonra Qax rayon icra hakimiyyətinə rəhbərlik edən Musa Şəkiliyev də Əhmədzadənin öz adamı, doğma xalası oğludur. Əhməd Əhmədzadə 1991-ci ildə Azərbaycan xalqının minlərlə şəhid verirdiyi istiqlal mübarizəsinin əleyhinə gedərək “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbulunun əleyhinə səs verir, ancaq həmin Aktın qəbulu sahəsində müstəqil dövlətə çevrilən Azərbaycan Respublikasında əsas səlahiyyət və söz sahiblərindən biri olur. Göründüyü kimi Əhmədzadələr müstəqilikdən gen-bol bəhrələnirlər. Onların buna mənəvi və siyasi haqqının olub-olmadığına isə Azərbaycan xalqı aydınlıq gətirməlidir. Mən isə onu qeyd edə bilərəm ki, belə anormal vəziyyətə dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil.

Xəqani Cəfərli

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button