2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əkin sahələri azalıb

Dövlət Statistika Komitəsi yazlıq əkin sahələrinin 15 min hektara yaxın, ötən ilkindən 12 faiz azaldığını bildirib. Kənd Təsərrüfat Nazirliyində (KTN) isə əkin işlərinin davam etdiyini və əkin altındakı torpaq sahələrinin əvvəlki ildəkindən də çox olacağını əmin edirlər.

DSK-ya verilmiş məlumatlara görə, aprelin əvvəlinə yazlıq əkinlərin sahəsi 105,1 min hektar olub. Bunun 26 minində çoxillik ot toxumu səpilib. Sahələr 41,9 faiz azalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax:​ İcra hakimiyyətləri pambıq əkməyə girişib

KTN: «Fermer torpağın «nəbzini» yoxlayıb qərar verir»

Tərəvəz (23,1 min hektar) ötən ilkindən 9,5 faiz, kartof (27,1 min hektar) 3 faiz az əkilib. Azalmanın müvəqqəti xarakter daşıdığını bildirən KTN-in bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AzadlıqRadiosu-na bunun torpağın hərarətinin səpinə hazırlığı ilə əlaqələndirib:

«Yazlıq bitkilər iqlim şəraiti imkan verdiyi halda əkilir. Məsələn, qarğıdalı əkən fermer bilir ki, torpağın hərarəti 12-14 dərəcə olmalıdır ki, toxum çürüməsin. Ümumən isə biz, demək olar ki əksər bitkilər üzrə artım proqnozlaşdırırıq. Pambıq, soya, qarğıdalı, tütün sahələri artacaq».

Buna da bax:​ Əkin çoxalıb, bəs su?

Nazirlik rəsmisi bəzi bitkilərin əkin sahəsinin azalacağını da istisna etmir. İ. Cümşüdov deyir ki, fermer müqayisəli üstünlüyə malik bitkini əkməyi torpaq və iqlim şəraitini nəzərə almaqla özü müəyyənləşdirir. «İndi planlı təsərrüfat dövrü deyil ki… Fermer bazarın tələbatına baxır, öz ehtiyaclarını nəzərə alır, öz istəyinə uyğun əkin aparır», – KTN rəsmisi deyir.

Bu il buğda daha çox olacaq

DSK-nın yanvarda bildirdiyinə görə, bu il dən üçün payızlıq bitkilər 950 min hektar – əvvəlki ildəkindən 22,6 min hektar çox sahədə səpilib. Bunun 623,5 min hektarında buğda, qalan 344,4 min hektarda arpa əkilib. Buğda səpilən sahələr 40,5 min hektar artıb.

Buna da bax:​ Lənkərandan şikayət: ‘Bələdiyyə sədri payıbəlli torpaqları satıb’

Hökumət yığılacaq taxılın məhsuldarlığı haqda, hələlik, proqnozunu açıqlamayıb. Ötən il yığılan 3 milyon tondan çox dənli və paxlalı bitkilərin 1,8 milyon tonunun buğda olduğu açıqlanmışdı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button