2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ələtdə azad ticarət zonası yaratmağa doğru

Mayın 23-də Bakı Biznes Mərkəzində Ələt Azad Ticarət Zonasının (ATZ) yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkətin hazırladığı hesabatın təqdimatı keçirilib.

Hesabatı “Economic Zones World FZE” şirkəti hazırlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu sənəd ATZ baş planı konsepsiyası ilə yanaşı “Azad zonalar haqqında” qanun layihəsini də əhatə edir. Belə zonaların yaradılması ilə bağlı beynəlxalq təcrübənin müqayisəli təhlilini əks etdirir.

Buna da bax:​ Azad ticarət zonası müzakirə edilir

Ələt ATZ Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılmalıdır.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, limanın tikintisinin birinci mərhələsi başa çatandan sonra Azərbaycanın tranzit yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaq.

Ələt ATZ-in yaradılması haqqında qərar 2016-cı ilin martında qəbul edilib. Hələlik bu istiqamətdə işlər layihələndirmə mərhələsinə çatmayıb.

Buna da bax:​ Ələtdə ‘Ağıllı şəhər’ salınacaq

Azad ticarət zonası ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, əlavə vergiyə cəlb edilmir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button