2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əl-Bab İŞİD-dən tamam alındı

Türkiyənin dəstəklədiyi Suriya müxalif qrupları Əl-Baba nəzarəti İŞID-ın (İraq Şam İslam Dövləti) əlindən alaraq mərkəzi tam ələ keçirdiklərini açıqlayıb. Türkmənlərdən ibarət Sultan Murad briqadası adlı müxalif qrupun komandiri Əhməd Otman “Əl- Babın tamamilə azad edildiyini açıqlayırıq. İndi yaşayış yerlərindən minaları təmizləyirik” deyib. Bölgədəki iki fərqli müxalif qrupun komandirləri də xəbərləri təsdiqləyib. Anadolu Agentliyi də Türk Silahlı Qüvvələrinin (TSK) dəstək verdiyi Azad Suriya Ordusunun (OSO) Suriyanın şimalındakı Əl- Bab mahalının mərkəzini ələ keçirdiyini bildirib. Məlum olduğu kimi, TSK və OSO-nun 24 avqustda başlayan “Fırat Qalxanı” hərəkatı bir sıra əraziləri terrorçulardan aldıqdan sonra dekabr ayının başında Əl- Baba doğru yönəlmişdi. İndiyə qədər birləşmələr 1 900 kvadrat kilometrdən çox sahəni geri alıb. “Fırat Qalxanı” hərəkatında bu günədək həyatını itirən əsgərlərin sayı 69 nəfərə çatıb.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button