2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Əl-Qaidə”, “İŞİD” dinin ehkamlarını dəyişib…”

“Qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir. Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir”.

ANS PRESS-in məlumatına görə, bunu Minskdə MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclasında iştirak edən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Mədət Quliyev deyib ki, terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilib. “Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi “Əl-Qaidə”, “İŞİD” və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar”.

M.Quliyev regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə tədbirdə müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya və Fransanın aidiyyəti strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunub.

Xatırladaq ki, MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button