2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Əli Əliyev: “Mən həbsdə olarkən ailəmə “əl uzatmağa” cəhd edilib”

“Mən Prezident Əliyevin məhbusuyam”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyir ki, onu həbsə göndərənlər bununla kifayətlənmir, ailəsinə də müxtəlif formalarda təzyiq göstərirlər. Partiya sədri iyunun 14-də ictimaiyyətə müraciətində bundan bəhs edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Əliyev bildirib ki, məqsəd nə yolla olusa olsun, onu “sındırmaqdır”. Onun sözlərinə görə, həbsdə saxlandığı 5 ay ərzində onun özünə qarşı müxtəlif formada təzyiqlər nəticə vermədiyinə görə fərqli yola əl atılıb.

VİP sədri deyir ki, həbsindən sonra təxminən iki aya yaxın gigiyena vasitələrindən məhrum edilmişdi, yaxınlarıyla telefon əlaqəsi və görüş məhdudiyyəti vardı, təhdid olunurdu və s.

“Məni şəxsən sındıra bilmədilər. Ailəmə qarşı planlar işə salındı. Ailəmə “əl uzatmağa” cəhd edilib – hakimiyyətlə təmasda olan, tanınmış ictimai adam vasitəsilə. Çıxıb bəzi dəqiqləşdirmələr aparım, onu ifşa edəcəyəm. Həbsdən qarşısını aldım. Bu əməlin özfəaliyyət, yoxsa sifarişli olduğunu iddia etmirəm, amma üslub bəllidir. 20 gün əvvəl ailəmə məxsus, atasından miras qalmış mülkiyyətin də ələ keçirilməsi əməliyyatı başlanıb. Paylı mülkiyyətdə qohumlar arasında mübahisənin olduğunu Adminstrasiyada bilirdilər. Bu yolla bizi ailə olaraq mülkiyyətdən də məhrum etmək məqsədi güdülür”, – Əli Əliyev bildirib.

Partiya sədrinin sözlərinə görə, hakimiyyətin nəzarətində olan jurnalist vasitəsilə ailəsinə prezidentə ərizə yazmaq təklif olunub. Hakimiyyətin onu girov götürdüyünü vurğulayan Əli Əliyev onun nüfuzunu artırmaq üçün həbsdə saxlanması haqda absurd iddialar səsləndiyini də bildirib:

“Bunlardan istifadə edirlər ki, məni nüfuzdan salsınlar…”.

Əli Əliyev hesab edir ki, bir neçə ciddi amil İlham Əliyevdə onu həbs etdirmək qərarı formalaşdırıb. VİP sədri həmin amilləri də sadalayır:

“Ölkədə ictimai rəyə təsir imkanlarımızın “dözülməz” hala və səviyyəyə gəlməsi; mənə dedikləri kimi, “mənə qarşı təsir imkanlarının olmaması” faktoru; Rusiyanın yeni imperiya siyasətinə qarşı tutduğum prinsipial mövqe; hakim komandaya qarşı tutduğumuz faktoloji və arqumentli mövqe; siyasi qurumlara cavabdeh şəxslərin bizi “avtobusa” mindirə bilməməsi və s”.

Mübarizəni sonadək davam etdirəcəyini bildirən Əli Əliyev ailəsinin psixoloji durumundan narahatlığını da vurğulayıb. Onun sözlərinə görə, ailə qorxu içində səksəkəli yaşayır:

“Mənə doğma 4 qadından 3-ü ciddi şəkildə xəstələnib, digəri isə durmadan ağlayır. Bu vəziyyətə dözə bilmərəm. Bu özbaşnalığa və fironluğa son verilənə, hüquq və azadlıqlarım təmin olunana qədər mübarizəmi dayandırmayacağam. Bunu şüurlu şəkildə izhar edirəm. Proses zamanı baş verəcək hər hansı fəsada, yaxud bu gedişatın nəticəsinə görə məsuliyyəti Prezident Əliyev daşıyır. Mən onun məhbusuyam”.

Əli Əliyev Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra DSX-nın digər əməkdaşı Ramin Cəbrayılovun eyni məzmunlu iddiası əsasında VİP sədri həmin maddə ilə yenidən təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.

Bu cəzanın başa çatmasına az qalmış Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Ramiz Göyüşov intim xarakterli görüntüləri yayılandan sonra internet kanallarının birində Əli Əliyevin onu təhqir etdiyini bildirir və onun cəzalandırılmasını tələb edir.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub.

DSX əməkdaşlarının ötən il noyabrın 30-da baş vermiş vertolyot qəzasıyla bağlı fikirlərinə görə Əli Əliyevi məhkəməyə vermişdi. Partiya sədri məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı vertolyotda olduğuna inanmır:

“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”.

Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button