2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Əliyevin cəzası artırıldı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası artırılıb. Aprelin 15-də Yasamal rayon Məhkəməsində onun haqqında yeni hökm çıxarılıb. Bu dəfə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında qaldırdığı şikayət əsasında ona 5 ay həbs cəzası təyin edilib. Bu cəza onun haqqındakı 5 aylıq əvvəlki cəza ilə birləşdirilib və 6 ay azadlıqdan məhrum edilib.
Partiya sədri, bundan öncəki hökmdə olduğu kimi, bu dəfə də CM-in 147-ci (böhtan) maddəsi ilə təqsirli bilinib.
VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir. Həmin gün Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında onun haqqında hökm çıxarılmışdı.
Partiya sədri Dövlət Sərhəd Xidmətinin (DSX) noyabrın 30-da qəzaya uğrayan helikopterindən sağ çıxdığı bildirilən iki zabitin əslində hadisə vaxtı orada olduqlarına inanmadığını deməklə onlara böhtan atmaqda təqsirli bilinib.
Əli Əliyev özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir. O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs olunacağı haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub. Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı helikopterdə olduğuna inanmır: “Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, min dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz… Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə alətdir. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”.
Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.
Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

24 saat” “
Əli Əliyevin cəzası artırıldı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button