2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsi onun azadlığa buraxılmasını tələb edib

Bakı/26.01.22 Vətəndaş və İnkişaf Partiyası  rəhbərinin hüquqlarını Müdafiə Komitəsi ictimaiyyəti onun həbsinə laqeyd qalmamağa və bu siyasətçinin qanunsuz təqibinə son qoymaq tələblərini dəstəkləməyə çağırıb. Bu barədə Əli Əliyevin hüquqlarının Müdafiəsi Komitəsinin bəyanatında deyilir.

Xatırladaq ki, Əliyev Bakı Yasamal Rayon Məhkəməsi tərəfindən böhtan ittihamı ilə beş ay müddətinə azadlıqdan məhrum edilib. İddianı Sərhəd Xidmətinin zabiti Emil Cəfərov qaldırıb. İddiaya Əliyevin müsahibəsi səbəb olub. Belə ki, o, qəzaya uğramış Mi-17 vertolyotunda sağ qalanların olmasına şübhə ilə yanaşıb.

Cəfərov və qəzaya uğramış daha bir zabit Əliyevin fikirlərini böhtan kimi qiymətləndiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Əliyevin hüquqlarını Müdafiə Komitəsi hesab edir ki, o, ifadə azaldığına görə təqib olunur. Bu cinayət işi təkcə Əliyevə qarşı yox yönəlməyib, ifadə və söz azadlığını boğmaq cəhdidir ki, bu da  vətəndaşların siyasi və ictimai həyatda iştirak etmək hüququnun pozulmasıdır.

Ölkədə repressiya atmosferi sərtləşir, siyasi motivli cinayət təqibləri isə daha tez-tez baş verir.

Müdafiə Komitəsi bildirir ki, Əliyevin məhkəməsi obyektiv, ədalətli və qərəzsiz olmayıb.

Sənədi 70-dən çox ictimai və siyasi xadim, jurnalistlərin, ziyalıların nümayəndələri  və hüquq müdafiəçiləri imzalayıblar.-06B

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button