2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə ilkin hazırlıq iclası davam etdirilib.
V.Zeynalovun vəkilləri vəsatət veriblər. Ceyhun Yusifov bildirib ki, ittihamda müdafiə etdiyi şəxsə aid olduğu qeyd edilən “TNZ” və “Fərid BLZ” MMC-ləri vasitəsilə mənimsənilən 4,5 milyon manatın ona heç bir aidiyyatı olmayıb: “O şirkətlərin öz təsisçiləri və direktorları olub. Xahiş edirəm, ittihamdakı bu epizodlar cinayət işindən çıxarılsın. Həmçinin, Vidadi Zeynalovun səhhəti nəzərə alınaraq onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsin”.
V.Zeynalovum digər vəkili Bəylər Məmişov bildirib ki, müvəkkilinin ailə üzvləri və yaxınlarının bütün əmlaklarına qoyulan həbslər qanunsuz olub: “İttiham 2009-cu ildən bu tərəfəni araşdırıb, lakin bundan öncə əldə edilən əmlakları da cinayət yolu ilə ələ edilmiş kimi qeyd edərək üzərinə həbs qoyub. Hətta, Vidadi Zeynalovun oğluna işlədiyi İqtisad Universiteti tərəfindən verilən mənzil və 1941-ci ildə babasının tikdirdiyi fərdi evə də həbs qoyulub”.
B.Məmişov sabiq nazir Əli Abbasovun məhkəməyə çağırılmasını istəyib: “Mənimsəmə maddəsi ilə bağlı mütəxəssis qismində istintaqa cəlb olunan Maliyyə Nazirliyinin əməkdaşları və şahid qismində dindirilən keçmiş nazir Əli Abbasov və müavini İltimas Məmmədovun adı məhkəmə çağırılacaq şəxslər siyahısına salınmayıb. Əli Abbasov ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulan ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min ABŞ dolları, ümumilikdə 6 milyon 836 min manat ödəyib.
Qeyd olunan məbləğin hansı səbəbdən ödənilməsi, Əli Abbasovun hazırkı cinayət işi üzrə özünü hansı ittihamla təqsirli bilərək vurulmuş hesab etdiyi maddi ziyanı ödəyib? Xahiş edirəm, bu adamlar gəlib ifadə versinlər. Əli Abbasov Vidadi Zeynalova qarşı ifadə verib. Vidadi Zeynalov bir neçə dəfə baş prokuror Zakor Qaralova müraciət edərək qanuni olaraq ona qarşı ifadə verən şəxslərlə üzləşmək istədiyini bildirsə də, təmin olunmayıb”.
Anar Mustafayevin vəkilləri vəsatət verərək onun ev dustaqlığına buraxılamasını istəyiblər: “Müvəkkilim ittihamda qeyd olunan məbləği şişirdilmiş hesab edir, lakin bir qismini qəbul edir. Həmin hissə ilə bağlı dəymiş zərəri də ödəməyə hazırdır. O bir neçə ildir ağır xəstəlikdən əziyyət çəkir, 3 dəfə Almaniyada əməliyyat olunub. Qeyd edilən məbləği də ora xərcləyib. İstintaq zamanı da pozuntulara yol verilib. Biz cinayət işi ilə tanış olan gün ittiham aktı tərtib edilib. Buna görə də cinayət işi prokurora geri qaytarılmalıdır”.
Qəmbər Bayramovun və Cəlil Cəfərovun vəkilləri müdafiə etdikləri şəxslərin barəsində ev dustaqlığı qərarın seçiıməsini istəyiblər.
Namazalı Məmmədovun vəkili vəsatət verərək müvəkkilinin əmlaklarına qoyulan həbsin qanunsuz olduğunu deyib: “Onun iki gözü görməyən anası, 12 yaşlı xəstə oğlunun və işsiz həyat yoldaşının yaşadığı evə də həbs qoyulub. Halbuki, həmin mənzil onların sonuncu yaşayış yeridir. Qanun buna həbs qoymağı qadağan edir. Bundan başqa, Namazalı Məmmədova verilən ittihamda 12 milyon manat mənimsədiyi qeyd edilib. Lakin epizodlar üzrə cinayət işində göstərilən məbləğləri topladıqda 10 milyon manat edir. Rəqəmlərlə bağlı hedablamalarda bir çox yerlərdə səhvə yol verilib. Həmçinin, cinayət işində qeyd edilən şahid ifadələri ittiham aktında təhrif olunub. Bu pozuntulara görə cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edirəm”.
Vidadi Zeynalov vəkillərinin verdiyi vəsatətləri müdafiə etdiyini deyib: “İşin istintaqa qaytarılmasına ehtiyac yoxdur. Vəkillərimizin içləri yanır, ona görə deyirlər. Amma istintaqa qaytarılsa da, yenə eyni şey olacaq. Xahiş edirəm, burada həll edilsin”
Məhkəmədə fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci(vəzifə səlahiyyətlərindən sui-istifadə), MMC-nin baş mühasibi Səhrab Hümbətova, BTRİB-in keçmiş sədri Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyev və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov qeyd edilən maddələrdən əlavə 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə də təqsirləndirilirlər.(Qafqazinfo)

 

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button