2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Abbasovun ifadəsi niyə ittihama salınmayıb?

Keçmiş nazir istintaqda yüksək vəzifəli şəxslərin adını çəkib?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə şahidlərin siyahısında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun adı yoxdur. Bu barədə məlumatı APA yayıb.

Məlumatda deyilir ki, Əli Abbasov həmin cinayət işi üzrə istintaq zamanı bir neçə dəfə dindirilsə də, onun ifadəsi ittihama salınmayıb. Məhkəməyə çağırılacaq şahidlərin siyahısında da Əli Abbasovun adı yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Əli Abbasov barəsində cinayət işinin başlanması barədə xəbərlər də həqiqəti əks etdirmir. Həm sabiq nazir özü, həm də vəkili Kamandar Nəsibov bu barədə yazılanları təkzib edib.

“Azadlıq” hələ bir müddət əvvəl məlumat yaymışdı ki, hakimiyyət Əli Abbasovu da Eldar Mahmudov kimi məsuliyyətdən kənarda qoymaq istəyir. Bu addımın səbəbi bəlli olmasa da, fakt ondan ibarətdir ki, Əli Abbasov da Eldar Mahmudov kimi azadlıqdadır. Üstəlik məlum olur ki, Əli Abbasovun ifadələri də ittihama salınmayıb. Bunun səbəbi barədə isə bəzi mülahizələr yürütmək olar. Böyük ehtimalla Əli Abbasovun ifadələrinin ittihamdan çıxarılması dindirmə zamanı onun hansısa yüksək vəzifəli şəxslərin adını çəkməsilə bağlıdır. Mümkündür ki, Əli Abbasov naziri olduğu qurumda hansısa məmurların xahişi ilə müəyyən addımlar atıb və dindirmə zamanı bütün bunları dilə gətirib. Hakimiyyət də bu baxımdan ifadənin ictimailəşməsində maraqlı olmayıb. Beləliklə də Əli Abbasovun ifadələri ittihama salınmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button