2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetRedaktorun seçimiXəbərlər

Əli Həsənov kimə əzələ nümayiş etdirir?

Hakimiyyətdaxili qarşıdurma artıq özünü büruzə verməkdədir. Dünən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, tələm-tələsik “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin iddialarına isterik cavab verməsi belə deməyə əsas verir.

Bu barədə Əli Həsənov “Musavat.com”-a müsahibəsində bildirib ki, Mehman Əliyevin iddiaları kökündən yanlış mülahizələrdir və dövlətin informasiya siyasətini qaralamaq məqsədi daşıyır. Bununla yanaşı Əli Həsənov Mehman Əliyevi onun haqqında səsləndirdiyi açıqlamalarını məqsədyönlü və aldığı növbəti tapşırıqların icrasını davam etdirməkdə ittiham edib. Əli Həsənov burda konkret olaraq sifarişin kimdən, hansı qrupdan gəldiyini vurğulamır. Maraqlıdır, elə deyilmi? Bu artıq ölkənin yüksək ranqlı dövlət məmurunun etiraf etməsidir ki, həqiqətən hakim komanda arasında gərginlik yaşanır. Əslində, burda Həsənov-Əliyev qarşıdurmasının olmasına inanmaq sadəlövlük olardı. Bəlkə də Əli Həsənov ambisiyalarını ortaya qoyaraq, Azərbaycanda prezidentliyə şanslı namizəd ola biləcək bir şəxsin bu iddialarından çəkindirməsinə nail olmaqdır. Ona görə yox ki, o özü Prezident olmaq arzusundadır, bəlkə də, uzun illərdi oliqarxlaşmış sistemə yeniliklərin gətirilməsinin əleyhinə getməsinə görə. Ötən illərə nəzər salsaq görərik ki, Azərbaycanda Eldar Mahmudov, Əli Abbasov, Ziya Məmmədov, Fazil Məmmədov və bir çoxlarının timsalında yeniliklərlərə “start” verilib. Bu isə hakim komandada, elə Əli Həsənovun özündən tutmuş və “köhnə qvardiya” üzvlərini narahat etməyə bilməz. Bunu Mehman Əliyev də dünən “Azadlıq Radiosu”na verdiyi müsahibəsində də təsdiq edir.

“Birinci dəfədir ki, biz böhran şəraitində seçkilərə gedirik. Bu, görüntü deyil. Görüntü əvvəllər olub, parlaq çıxışlar, cürbəcür proqramlar; məsələn, regional inkişaf və s. ilə bağlı. Ancaq struktur, kadrlar dəyişmirdi, necə vardı eləcə də qalırdı. Bu mənada bu gün başqa bir proses gedir. Siyasi islahatları isə görmürük. Əksinə, bu sahədə vəziyyət daha da sərtləşdirilir. Amma iqtisadi islahatın getdiyini demək üçün müəyyən proses gedir”, – “Turan” İA-nın direktoru Mehman Əliyev hakimiyyətin son addımlarından danışarkən belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra Mehman Əliyev bildirir ki, Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi birləşdirilə bilər. Hətta o da ola bilər ki, Maliyyə Nazirliyi də onlara birləşdirilsin və üç qurum bir nazirlik kimi fəaliyyət göstərsin. Yeni kadrlar gətirilsin və ya əvəzlənsin. Sonuncu dəfə Fazil Məmmədovun işdən çıxarılmasından danışan M.Əliyev gələcəkdə vəzifələrinə əlvida deyəcək məmurların gedəcəyini də istisna etməyib. Bundan əlavə M.Əliyev hakimiyyətdaxili problemlərdən danışarkən qeyd edir ki, Azərbaycanda köhnə oliqarx sistemi, oturuşmuş qruplar yenilikləri qəbul etmək istəmir. Buna görə də daxildə gərginlik yaşanmaqdadır.

İndi burda Əli Həsənovun nümayiş etdirdiyi əks mövqeyini hardasa anlamaq olar. Çünkü Əli Həsənov siyasi islahatlar siyahısından kənarda qalmağa cəhd edir. Bununla yanaşı, o, özünün, ailəsinin və yaxın ətrafının da digər oliqarx-məmurların taleyini yaşamasını istəmir. Ona görə də bütün vasitə və səlahiyyətlərindən istifadə edərək ona qarşı çıxanları susdürmağa çalışır. Hətta dolayı yollarla hədə-qorxular da gəlir. Fikir verin – Əli Həsənov “Musavat.com” saytına müsahibəsində nə deyir:
– “M.Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formaılaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır. Digər tərəfdən isə, bu tipli müsahibələrin, açıqlamaların məqsədli şəkildə fəaliyyət göstərən reket saytlarda tirajlanması məsələnin kökündə bəlli dairələrin maraqlarının dayandığı barədə düşünməyə əsas yaradır. Görünür, bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər…”

Maraqlıdır, Əli Həsənovun “bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər” ifadəsini necə başa düşmək olar. Yekun nəticə nəyə hesablanıb? Görəsən burda prezidentin köməkçisi kimə əzələ nümayiş etdirir? “Yekun nəticə” dedikdə bu mübarizədə kimi qalib çıxacağı və kimin uduzacağı, və yaxud da həbslər, təhdidlər, olacağı barədə xəbərdarlıq hesab edilirmi? Bunu ən yaxşı, kimə qarşı hansı planlarının olduğu barədə Əli Həsənovun yalnız özü cavab verə bilir.

Yazı Namiq Cəfərlinin FB səhifəsindən götürülüb.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button