2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Həsənov “Sarıqaya”dakı məcburi köçkünlərlə görüşüb – İşıq sayğacına görə…

24saat.org xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbəri, baş nazirin müavini Əli Həsənov Bakının Novxanı çimərliyi sahilindəki “Sarıqaya”yaşayış massivindəki məcburi köçkün düşərgəsinə baş çəkib.

Məlumat üçün qeyd edək ki, son bir neçə gündür ki, məcburi köçkün düşərgələrində işıq sayğaclarının quraşdırılması vətəndaşlaırn əksəriyyətinin ciddi narazılığına səbəb olub. Məcburi köçkünlər hesab edir ki, qazın olmadığı düşərgələrdə işıq sayğaclarının quraşdırılması qısa zamanda elektrik enerjisi ilə bağlı böyük borcların yaranmasına, onların sosial vəziyyətinin ağırlaşmasına səbəb olacaq. Bu səbəblə də bir neçə gün öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olan məcburi köçkünlər Ə.Həsənovdan məsələyə müdaxilə etməyi xahiş edib. Ə.Həsənovun məcburi köçkün düşərgələrinə bu günkü səfəri əsnasında məcburi köçkünlərin probleminə aydınlıq gətiriləcəyi gözlənilir.

 

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button