2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əli Həsənovun binasında trol fabriki fəaliyyət göstərib?

Bakı/02.09.21 Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənovun ailəsinə məxsus binada trol fabriki fəaliyyət göstərib. Bu, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə qarşı cinayət işinin materiallarından belə çıxır. Cinayət işindən çıxarışlar “Azadlıq” radiosunda nəşr olunub.

Vüqar Səfərliyə qarşı irəli sürülən ittihamlardan biri  Mətbuat küç., 23 L. ünvanındakı inzibati binada ofis icarəsi haqda müqaviləyə aid olub.

Dindirmə zamanı Səfərli təsdiq edib ki, icarəyə götürülən bina prezidentin köməkçisi Əli Həsənova məxsusdur və o 9 il ərzində orada ofisin şişirdilmiş qiymətə icarəyə verilməsini təklif edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu bina Həsənovun xanımı Sona Vəliyevaya məxsus «Kaspi.az» məhdud məsuliyytli cəmiyyətin təsisçisi olduğu “Azərmətbuatyayım” firmasının balansında olub.

2019-cu ildən Əli Həsənovun tapşırığı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu orada 421 kvadrat metr sahəsi olan daha bir otaq icarəyə götürüb. Səfərlinin etirafına görə, yeni müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla imzalayıb. Çünki bina onun adına sənədləşdirilmişdi.

Əli Həsənovun göstərişilə orada “blogerlər qrupu” yerləşdirilib. “Azadlıq” radiosu onlardan birinin ifadəsini dərc edir. O etiraf edir ki, “blogerlər” sosial şəbəkələrdə hökuməti və məmurları tənqid edən materialların altında şərhlər yazmaqla məşğul olublar.

“Biz Facebook-a xüsusi diqqət yetirirdik. Blogerlərin hər biri müxtəlif saxta profillər yaradırdı və onların vasitəsilə şərhlər yazırdı. Onlar əvvəlcədən razılaşdırılmışdı.

Əksər hallarda şərhləri bizə yazılı şəkildə göndərirdilər. Buna görə də bəzən müxtəlif profillərdə eyni cümlələr yazılırdı”, – müxtəlif hakimiyyətyönlü kütləvi informasiya vasitələrində çalışan  bu “bloger” deyib.

O həmçinin bildirib ki, bəzən konkret mövzular üzrə materialların hazırlanması ilə bağlı göstəriş daxil olurdu. “Prezident Administrasiyasından günün mövzusu müəyyənləşdirilirdi. Səhər  tapşırıq verilirdi və bir neçə nəfər bu mövzuda material hazırlayırdı. Bu mətn müxtəlif hakimiyyətyönlü saytlarında dərc edilirdi və telekanallarda səsləndirilirdi”, – o, istintaqda bildirib.

Əvvəllər də kütləvi informasiya vasitələrində hakimiyyətin öz tənqidçilərinə qarşı trol şəbəkəsindən istifadə etməsi haqda materiallar yer alıb. Britaniyanın “The Guardian” qəzeti bu ilin əvvəlində yazıb ki, Facebook-da hakim Yeni Azərbaycan Partiyası ilə əlaqəli akkauntlardan təqib kampaniyası aparılıb. Partiya isə iddia edirdi ki, onun 760 min üzvü var və trol ordusu saxlamağa ehtiyac yoxdur.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button