2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Həsənovun nəvəsi azadlığa buraxıldı

Mercedes Gelandewagen”lə iki nəfərin ölümünə, iki nəfərin xəsarət almasına səbəb olduğu üçün 6 il müddətinə azadlıqdan məhrum edilən Nail Allahverdiyev Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb

Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olan Nail Allahverdiyev azadlığa buraxılıb.
24saat.org musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı apellyasiya instansiyası qərar qəbul edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyevin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiya N.Allahverdiyevin cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

***

Saytların yığılması Saytlarin yigilmasi

Nail Allahverdiyevin vəkili Muxtar Mustafayevin Virtualaz.org-a verdiyi məlumata görə, onun müdafiə etdiyi şəxs azadlığa buraxılmayıb.

Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq bir il keçir.

https://www.facebook.com/24saat.org/videos/1379546088821602/?t=1

Hadisə 2017-ci il avqustun 3-də axşam saat 21:30 radələrində Heydər Əliyev prospektindəki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının binası qarşısında baş verib.

Azərbaycanın baş nazirinin müavini, həmin vaxt Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobilin yarışı zamanı ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən “Gelandewagen”-in sürücüsü qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurub.

Nəticədə maşın yanıb. Üstəlik iki nəfər — avtomobilin sərnişini və piyada ölüb. Daha iki piyada — Türkiyə vətəndaşları olan Mütəllib və Songül Tekiş cütlüyü isə ağır bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu avqustun 3-də Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli hadisə ilə bağlı birgə rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”, – birgə rəsmi məlumatda bildirilib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button