2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Əli Hüseynov niyə Merkelin səfəri öncəsi KTMT məsələsinə toxundu?

“Rusiyanın NATO-su” hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Azərbaycanın üzvlük məsələsinin mümkünlüyü gündəmə gəlib.

24saat.org xəbər verir ki, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri, Azərbaycan Milli Məclisinin hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynli “REAL.TV”-yə -a müsahibəsində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq ehtimalı barədə danışıb.

Əli Hüseynli hesab edir ki, yeni geosiyasi şərtlər altında Azərbaycanın KTMT-da iştirakını nəzərdən keçirmək olar.
O, təşkilata üzvlüyün mümkünlüyünün niyə indi daha açıq şəkildə gündəmə gətirildiyinin səbəbləri barədə də danışıb.
24saat.org yada salır ki, KTMT-yə üzvlük məsələsi indiyədək Azərbaycanın siyasi dairələri tərəfindən “ölkənin suverneliyinə təhlükə” kimi qiymətləndirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhz bu mövqedən çıxış edən ölkə başçısı İlham Əliyev bu quruma üzv olmadan Rusiya ilə əlaqələri dostluq, qonşuluq və regional müttəfiqlik səviyyəsində saxlayıb.

Ancaq indiki dönəmdə – Almaniya kansleri Ancela Merkelin Azərbaycana səfəri ərəfəsində Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun rəhbəri Əli Hüseynlinin təşkilata üzvlüyünü dəstəkləyən mövqedən çıxış etməsi diqqət çəkən məqamdır.

Xüsusilə də REAL-a müsahibəsində Daqlıq Qarabağın işğalı ilə bağlı birmənalı qarşılanmayan fikirlər səsləndirməsi də tasadüfi hesab edilmir. Belə ki, Əli Hüseynli çıxışında Dağlıq Qarabağ və ətraf rayonların işğalında həmin vaxt hakimiyyətdə olan dövlət başçılarını xəyanətdə ittiham edib.

Əli Hüseynlidən SİTAT: “Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən həm də ona görə işğal edildi ki, burda hakiyyətdə olanr, həmin dövrdə həm də xəyanət mövqeyində olublar. Bununla bağlı qanuni məhkəməyə minmiş məhkəmə hökmləri var. Bir sıra hallarda işğal üçün şərait yaradıblar. Yoxsa necə ola bilərdi ki, bir neçə milıyonluq Ermənistan 8-9 milyonluq və böyük gücü olan bir ölkənin bu qədər ərazisini işğal eləsin. Bu, qeyri-mümkün olan bir fakt idi, bunun üşün şərait yaradırdılar”

Xatırladaq ki, eks-prezident Heydər Əliyevin də vaxtında 5 rayon Ermənistan tərəfindən işğal edilib. Həmçinin, həmin vaxt Dağlıq Qarabağ və ətraf rayonların işğalının xəyanət nəticəsində işğal olunması ilə bağlı heç bir məhkəmə qərarı yoxdur.

Görünən budur ki, deputata Əli Hüseynovun danışmasına səbəb olan qüvvələr İlham Əliyevin mühüm Angela Merkellə görüşündə diskomfortda olmasını istəyir. Maraqlıdır ki, məhz ermənilərin işğal etdiyi 7 rayonun qaytarılması üçün hakimiyyətin və eləcə də Ermənistan rəhbərliyinin müsbət işarələr verdiyi ərəfədə Azərbaycanda Əli Hüseynli kimi deputat məhz ancaq Rusiyanın bu məsələdə həlledici rol oynaya biləcəyini qeyd edir.

Bütün bunlar isə deməyə əsas verir ki, hazırda Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində maraqlı olmayan qüvvələr var və onlar ölkə başçısını hər addımda çıxılmaz vəziyyətdə qoymağa çalışır.

24saat.org həmin çıxışın videosunu təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button