2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli İnsanov: “Elə bil, kino çəkirlər…”

Aprelin 26-da keçmiş nazirə prokuror yenə cəza istəyəcək

“Elə bil kino çəkirlər. Kadr bir, dubl iki… Mənə məxsus əşyalara baxış keçirirlərsə, mənim özümü niyə çağırmırlar?”, – keçmiş səhiyyə naziri Əli İnsanov ona məxsus yorğanın arasından psixotrop tərkibli dərmanlar tapılması iddiası haqda danışarkən belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 19-da Qaradağ Rayon Məhkəməsində sabiq nazirin mühakiməsi davam etdirilib. Onun işinə hakim Rəşad Mustafayev baxır.

Bugünkü məhkəmədə Əli İnsanov deyib ki, hələ iyulda onun cəzasını artırmaq planı hazırlanıb, avqustda həyata keçirilib: “Həmin aylarda hiss edirdim ki, nəsə işlənir”.

Əli İnsanovun gizlətdiyi iddia olunan dərmanlarla bağlı rəydə yazılıb ki,həblərin bir hissəsi göy rəngdə olub. Sabiq nazir isə bildirib ki, o dərmanların rəngi olmur: “Bir daha təsdiq olunur ki, bu iş quramadır”.

Əli İnsanovun onu vurduğunu,nəticədə kəllə-beyin travması aldığını iddia edən Penitensiar Xidmətin mayoru Anar Məmmədov məhkəmədə zərərçəkən kimi verdiyi ifadədə bildirmişdi ki, hadisədən sonra 30-35 gün xəstəxanada müalicə alıb. Amma iş materiallarında onun az sonra prokurorluqda ifadə verdiyi göstərilib. Ona görə də keçmiş nazirin vəkili Toğrul Babayev zərərçəkmişin xəstəxanada nə qədər qaldığını, prokurorluqda nə vaxt ifadə verdiyini soruşub. Anar Məmmədov deyib ki, hadisədən iki gün sonra prokurorluqda ifadə verib: “Maşınla aparıblar, gedib ifadə vermişəm. Kəllə-beyin travması almışdım. O demək deyil ki, əl-ayağım yoxdur”.

Əli İnsanov işdəki sənədlər tədqiq olunarkən ekspertizanın rəyinə etiraz edib. Bildirib ki, içindən dərmanların tapıldığı iddia olunan şüşə qabların ekspertizadan keçirilməsi haqda dəfələrlə vəsatət qaldırıblar: “Biz dəfələrlə dedik ki, dərman qabları ekspertizadan keçirilsin,  görək mənim onun üstündə əl izlərim olub, ya yox. Lakin bunu etmədilər. O dərmanlar, onların üzərindəki barmaq izləri niyə ekspertizadan keçirilməyib? Anar Məmmədovun kompüter tomoqrafiyasının nəticəsini mənə göstərsinlər. Əlbəttə ki, əgər varsa. Heç bir kəllə-beyin travması olmayıb. Ümumiyyətlə, elə hadisə olmayıb. Bunu da şifahi yazıblar. Əgər elə bir zədə alıbsa, sübut hanı? Elə isə, məni nədə ittiham edirsiniz? ”

Keçmiş nazirin digər vəkili Ağaveyis Şahverdi hakimin nəzərinə çatdırıb ki, Əli İnsanovun mayor Məmmədovun əlindən alıb cırdığı iddia olunan protokol iş materialları arasında yoxdur.

Ardınca Ağaveyis Şahverdi qanunsuz yollarla əldə olunmuş sübutların xaric olunması, baxış protokolu və aktınsübutlar sıyahısından çıxarılması barədə vəsatət qaldırıb. Bildirib ki, axtarış aparılıb dərmanlar tapıldığı iddia olunan vaxtda Əli İnsanovun vəkili də cəzaçəkmə müəssisəsində onunla görüşdə olub. Amma nədənsə, baxışda da, protokolu tərtib edəndə.də onları çağırmayıblar. Bu da müdafiə hüququnun kobud pozuntusudur.

“Ekspert rəyində iddia olunur ki, Əli İnsanovun paltarında Anar Məmmədovun paltarına aid lif aşkarlanıb. Halbuki, həmin paltarlar o hadisədən sonra geyinilib. Evdən gələn paltarlarda Anar Məmmədovun paltarına aid liflər necə ola bilərdi?”, – Ağaveyis Şahverdi bildirib.

Vəkilin daha bir vəsatəti təkrar ekspertiza

keçirilməsi haqda olub: “Ekspert qarşısında sual qoymuşduq ki, Anar Məmmədov paqonunu özü cıra bilərdimi? Lakin ekspert sualı cavablandırmayıb”.

Əli İnsanov isə deyib ki, Anar Məmmədovu görəndə onun cibi içəri qatlanmışdı. Bunu görəndə şübhələnib: “Mən şübhələndim ki, yəqin səs yazan cihaz qoyub. Sonradan məlum oldu ki, məsələ nə imiş”.

Keçmiş nazir mayor Anar Məmmədovun anlaqlı olub-olmaması, aldığını iddia etdiyi xəsarətlərin təsirinin qalıb-qalmaması haqda da vəsatət qaldırıb: Dediyinə görə, ciddi zədə alıb. Elə zədədən sonra fəsadlar yarana bilər. Onları araşdırsınlar”.

Hakim Rəşad Mustafayev keçmiş nazir və vəkillərinin vəsatətlərinin heç birini təmin etməyib.
Ardınca isə məhkəmə istintaqının başa çatdığını elan edib. Prokurora da çıxış üçün aprelin 26-na qədər vaxt verilib.

***

Xatırladaq ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib.  Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yeni cinayət işi başlanıb. İnsanova qarşı CM-nin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.

Əli İnsanov ittihamların yalan olduğunu bildirir. Deyir ki, onu həbsdən buraxmamaqdan ötrü siyasi sifariş əsasında bu cinayət işini düzüb-qoşublar. Sifariş də birbaşa prezidentin özündən gəlib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button