2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli İnsanov məhkəmədə iştirak etmək istəməyib

Keçmiş nazirin apelyasiya şikayətinə baxılır

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 12-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Əflatun Qasımovum sədrlik etdiyi iclasda bildirilib ki, Ə.İnsanov məhkəməyə ərizə ilə müraciət edib və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edib. Tərəflər buna etiraz etməyib.

Hakim bildirib ki,zərərçəkmiş şəxs olan Ədliyyə Nazirliyinin əməkdaşı Anar Məmmədov da prosesdə iştirak etmir. Tərəflər onun iştirakı olmadan iclasın keçirilməsinə etiraz etməyiblər.

İclasda Ə. İnsanovun vəkili Ağaveys Şahverdi vəsatətlə çıxış edib. O, iclasın məhkəmə istintaqı ilə aparılmasını, bəzi sübutların əsassız olduğu üçün maddi sübutlar siyahısından çıxarılmasını, Ə. İnsanovun narkotik vasitə saxlanıldığı iddia edilən qabda və cırdığı iddia olunan aktda barmaq izinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsini istəyib. Bildirib ki, həmin akt və qab birinci instansiya məhkəməsinə gətirilməyib və araşdırılmayıb: “Əgər Ə.İnsanov aktı cırsaydı, onda barmaq izi olardı”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Vəkil A.Şahverdi bildirib ki, Ə.İnsanov ərizə yazaraq növbəti məhkəmə iclaslarında da iştirak etmək istəmədiyini xahiş edib. Hakim deyib ki, bu onun hüququdur.
Məhkəmənin baxış iclası iyunun 22-də davam edəcək.

Bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Şikayət həmin hökmdən verilib.

Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

Ə. İnsanov ittihamları qəbul etmir və saxta adlandırır.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button