2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli İnsanov məhkəməyə gəlməkdən imtina elədi

Keçmiş səhiyyə naziri Əli İnsanovun 11 illik cəzası başa çatandan sonra onu yenidən 7 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilən şikayətə baxılır. İyunun 12-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə ilkin baxış iclası keçirilib. Sabiq nazirin apellyasiya şikayətinə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Əli İnsanov vəkili Ağaveyis Şahverdi vasitəsilə ərizə göndərərək, məhkəmədə iştirakdan imtina edib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil sabiq nazirin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Müdafiəçi bir sıra şahidlərin dindirilməsi, ekspertizaların keçirilməsini istəyib.

Ağaveyis Şahverdi deyir ki, Ə. İnsanovun xəsarət yetirdiyi iddia olunan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədovla üzləşmə protokolu; sabiq nazirə məxsus olduğu iddia edilən psixotrop tərkibli dərmanlarla bağlı baxış və götürülmə protokolları; 13 saylı cəzaçəkmə müəssisəsinin rəisinin tərtib etdiyi akt və ekspert rəyi sübutlar siyahısından çıxarılmalıdır. Vəkilin sözlərinə görə, bu sənədlər kobud qanun pozuntusuyla əldə olunub və sübut kimi qiymətləndirilə bilməz.

“EKSPERTİZA İSTƏYİRİK”

Ağaveyis Şahverdi ekspertizaların təkrar keçirilməsi, əvvəl rəy vermiş ekspertlərin də məhkəmədə dindirilməsini istəyib: “Əli İnsanovun müəssisədə cırdığı iddia olunan protokol və içində psixotrop tərkibli dərmanlar saxladığı iddia olunan şüşə qablar məhkəməyə gətirilib araşdırılmadı. Əgər protokol və şüşə qaba Əli İnsanovun əli dəyibsə, üzərində onun barmaq izləri olmalıydı. Məhkəmədə bu məsələni qaldırsaq da, ekspertiza keçirilmədi. Ona görə də apellyasiya baxışında həmin əşyaların üzərində Əli İnsanovun əl-varmaq izlərinin olub-olmadığını müəyyənləşdirmək üçün ekspertiza keçirilməsini istəyirik”.

Dövlət ittihamını müdafiə edən prokuror Ceyhun Budaqov vəsatətlərin təmin olunmamasını istəyib. Həmçinin apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasını təklif edib.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra ilkin baxış iclasının qərarını elan edib. Qərara əsasən, vəsatət təmin olunmayıb, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılacaq.

Əli İnsanovun məhkəmədə iştirakına gəlincə, hakim bildirib ki, istənilən halda, onun saxlanıldığı 1 saylı Bakı istintaq təcridxanasına məlumat veriləcək.

Məhkəmə baxışı iyunun 22-nə təyin olunub.

XATIRLATMA

Əli İnsanov 2005-ci ildə həbs edilib. Əvvəlcə vətənə xəyanətdə ittiham edilən keçmiş nazir daha sonra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button