2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli İnsanovun məhkəməsinin vaxtı bilindi

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova açılmış cinayət işi üzrə məhkəmə başlayır.

Bunu AzadlıqRadiosu-na keçmiş nazirin vəkillərindən Toğrul Babayev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkilin bildirdiyinə görə, keçmiş nazirin cinayət işinə aprelin 7-də Qaradağ rayon Məhkəməsində baxılacaq.

Xatırlatma

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə az bir vaxt qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.

Söhbət Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələrindən gedir. İttihamlar təsdiqlənərsə onu daha 3 ildən 7 ilə qədər həbs gözləyir.

Qaradağ rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında keçmiş nazirin həbs müddətinin artırılması haqqında qərar çıxarıb. Ə.İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanıyıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button