2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əli İnsanovun məhkəməyə gətirilmədi

Ali Məhkəmədə sabiq nazirin kassasiya şikayəti üzrə baxış başladı

Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə başlayıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Ə.İnsanov məhkəməyə gətirilməyib.

Prokuror cinayət işinin materialları ilə tanış olmadığını deyərək, vaxt verilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilib və proses qeyri-müəyyən günədək təxirə salınıb.
Əli İnsanova 2016-cı ilin avqutunda Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi) və 317. 2.1 (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsinə) maddələri üzrə ittiham verilib. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsininin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əli İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi” ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı külli miqdarda mənimsəmə və ya israf etmə, vəzifəli şəxs tərəfindən məhkəmənin qərarını icra etməmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət 2014-cü ilin mart ayında təmin edilib. Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb. Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsi isə onun barəsində olan hökmü dəyişdirməyib.Əli İnsanovun 11 illik həbs cəzasının müddəti 2016-cı ilin oktaybr ayının 20-də bitirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button